Abromoviçin “super lüks” yaxtası Türkiyədə görülüb - FOTO

Abromoviçin “super lüks”  yaxtası Türkiyədə görülüb - FOTO
Rusiyanın Ukraynaya hücumuna görə İngiltərə və Avropa Birliyinin maliyyə sanksiyaları siyahısına salınan "Çelsi” futbol klubunun sahibi, rusiyalı oliqarx Roman Abramoviçin "super lüks” yaxtası Türkiyənin cənub-qərbində görülüb.

Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki,  Bermud adaları bayrağı altında dalğalanan 140 metr uzunluğundakı yaxta Solaris martın 8-də təmirdə olduğu Barselonadakı gəmiqayırma zavodunu tərk edib.

Martın 13-də Monteneqronun Adriatik dənizi sahilindəki kurort şəhəri Tivatdan ayrılan qayıq bu yaxınlarda Yunanıstanın Krit adasında görüntülənib.

 Bu səhər Abromoviçin qayığının Türkiyə sahillərindən təxminən 3 km uzaqlıqda olduğu və Datçaya doğru irəlilədiyi qeyd edilib.

İnci
Sfera.az

OXŞAR XƏBƏRLƏR