Rusiyaya yeni sanksiyalar tətbiq olunacaq, məhsul qıtlığı yaranır... - Deputatdan AÇIQLAMA

Rusiyaya yeni sanksiyalar tətbiq olunacaq, məhsul qıtlığı yaranır... - Deputatdan AÇIQLAMA

 

"ABŞ və Avropa Birliyi Rusiya neftindən imtinanın mümkünlüyünü yenidən müzakirə edir”.

 

 

 

Sfera.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov bildirib. Millət vəkili Rusiyaya yeni sanksiyaların tətbiq ediləcəyini deyib:


 

"Ağ Evdən verilən məlumata görə, ABŞ Prezidenti bu gün Avropa liderləri ilə bu istiqamətdə müzakirələr aparacaq. Qərb Rusiyaya qarşı beşinci sanksiyalar paket hazırlayır. Söhbət Rusiyanın gündəlik 3 milyon barel neft ixracatına qadağanın müəyyənləşdirilməsindən gedir. Müzakirələr artıq neft bazarına təsir edib. Bu gün Brent markalı neftin 1 bareli 4 faiz bahalaşaraq 112 dollara çatıb.

 

OPEK-də Rusiyanın bazardakı azalan payını kompensasiya etmək üçün kvorum yoxdur və şist neft hələlik hasilatı kəskin artırmaq potensialına malik deyil. Bu isə neftin qiymətinin yenidən yüksəlməsinə səbəb olub”.


 

Deputat dünyada yaranan məhsul qıtlığına da diqqət çəkib:


 

"ABŞ sanksiyadan öncə Rusiyadan idxal etdiyi gündəlik 670 min barel nefti daha qısa müddətdə başqa mənbə hesabına əvəzləməyə çalışmaqla dünya petrol bazarında kəskin qiymət artımlarını əngəlləmiş olsa da investorlar arasında qeyri-müəyyənlik yüksəlməkdədir. Bu isə ondan xəbər verir ki, 2022-ci il də dünya iqtisadiyyatı üçün asan olmayacaq. Artıq dünya bazarındaki qiymət artımları məhsul qıtlığı ilə da müşaiyət olunur. Görünən odur ki, "bu xəmir hələ çox su aparacaq”.


 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

Manatın məzənnəsi ilə bağlı MÜHÜM AÇIQLAMA

Mərkəzi Bank xəbər verir ki, 28.02.2025-ci il tarixində pul bazası 19 milyard 842 milyon manat təşkil edib. Bu da o deməkdir ki, 2025-ci ilin fevral ayında...

Bayramovun son şərti - Ermənistan sülh üçün nə etməlidir?

Xəbər verdiyimiz kimi, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında Ermənistanla sülh sazişinin mətni ilə bağlı danışıqlar prose...

Paytaxt sakinlərinə: ÇAĞIRIŞ: Martın 15-də...

Yazın gəlişi ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən şənbə günü, mart ayının 15-də paytaxtda ümumşəhər iməcliyi və ağacəkmə aksiyası keçiriləcək. &...

Qeyri-iş günlərində Həcc ziyarətinə sənəd qəbulu davam edəcək?

Mart ayının 20, 21 günlərini çıxmaq şərti ilə Həcc ziyarətinə sənəd qəbulu digər günlərdə davam edəcək.   Sfera.az xəbər verir ki, bunu Trend-in sorğ...

Bu ilin ilk Ay tutulması başladı

Bu ilin ilk Ay tutulması Bakı vaxtı ilə saat 07:57-dən etibarən başlayıb.   Sfera.az xəbər verir ki, bu 2025-ci ilin tam Ay tutulmasıdır.   ...

Azərbaycanda dərs vaxtı şagirdi qaçıran şəxsin KİMLİYİ BİLİNDİ

Goranboyda 15 yaşlı qızı qaçıran şəxsin kimliyi məlum olub.   Sfera.az xəbər verir ki, 2010-cu il təvəllüdlü Z.B.-ni qaçıran şəxs 1996-cı il təv...