"Belə olsa, Rusiya ilə sülh imzalanacaq" - Zelenskidən yeni AÇIQLAMA

"Rusiya ordusu 25 gündür uydurduğu Ukrayna nasistlərini axtarır, lakin tapa bilmir".


Sfera.az xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski bildirib.


Rus əsgərlərinin Ukraynada hərbi cinayətlər törətdiyini qeyd edən Zelenski, "Ən əsası, rus əsgərləri evlərinə qayıda bilmirlər və bizim əsgərlərimiz onlara Allahın hüzuruna çıxmağa kömək edir”deyə, qeyd edib.

 

 

Martın 20-də İsrail parlamentinin xüsusi iclasına videokonfrans vasitəsilə qoşularaq deputatlara müraciət etdiyini xatırladan Zelenski İsrail xalqından gözlədikləri dəstəyi ala biləcəklərini qeyd edib.


 

Zelenski sülhə nail olmaq üçün Rusiya prezidenti Vladimir Putinlə dialoqun qurulmasının zəruriliyinə diqqət çəkib və sözlərini belə davam etdirib:


 

"İsrailin baş naziri bizi Rusiya ilə dialoqa çağırır və mən buna görə minnətdaram. Söhbət Putinlə dialoqdan gedir. Bu,gec-tez baş verəcək və hətta Qüdsdə də görüş keçirmək mümkündür. Əgər bu mümkün olsa, sülh əldə ediləcək".


 

Martın 20-də 4 humanitar dəhlizin açıldığını və 4 mini Mariupoldan olmaqla ümumilikdə 7 min 295 nəfərin təxliyə edildiyini bildirən Zelenski təxliyə əməliyyatlarının davam etdiriləcəyini deyib.


 

Əzizə Zeynal

 


OXŞAR XƏBƏRLƏR

Manatın məzənnəsi ilə bağlı MÜHÜM AÇIQLAMA

Mərkəzi Bank xəbər verir ki, 28.02.2025-ci il tarixində pul bazası 19 milyard 842 milyon manat təşkil edib. Bu da o deməkdir ki, 2025-ci ilin fevral ayında...

Bayramovun son şərti - Ermənistan sülh üçün nə etməlidir?

Xəbər verdiyimiz kimi, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında Ermənistanla sülh sazişinin mətni ilə bağlı danışıqlar prose...

Paytaxt sakinlərinə: ÇAĞIRIŞ: Martın 15-də...

Yazın gəlişi ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən şənbə günü, mart ayının 15-də paytaxtda ümumşəhər iməcliyi və ağacəkmə aksiyası keçiriləcək. &...

Qeyri-iş günlərində Həcc ziyarətinə sənəd qəbulu davam edəcək?

Mart ayının 20, 21 günlərini çıxmaq şərti ilə Həcc ziyarətinə sənəd qəbulu digər günlərdə davam edəcək.   Sfera.az xəbər verir ki, bunu Trend-in sorğ...

Bu ilin ilk Ay tutulması başladı

Bu ilin ilk Ay tutulması Bakı vaxtı ilə saat 07:57-dən etibarən başlayıb.   Sfera.az xəbər verir ki, bu 2025-ci ilin tam Ay tutulmasıdır.   ...

Azərbaycanda dərs vaxtı şagirdi qaçıran şəxsin KİMLİYİ BİLİNDİ

Goranboyda 15 yaşlı qızı qaçıran şəxsin kimliyi məlum olub.   Sfera.az xəbər verir ki, 2010-cu il təvəllüdlü Z.B.-ni qaçıran şəxs 1996-cı il təv...