“Sanksiyalar əbədidir, heç vaxt ləğv edilməyəcək” - Vladimir Batyuk

“Sanksiyalar əbədidir, heç vaxt ləğv edilməyəcək” - Vladimir Batyuk
"Rusiyaya qarşı tətbiq edilən sanksiyalar ədəbidir, heç vaxt ləğv edilməyəcək”. 
 
Sfera.az "RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ və Kanada İnstitutunun Hərbi-Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Vladimir Batyuk bildirib. 
 
Onun sözlərinə görə, rəsmi Vaşinqtonun Ukraynadakı vəziyyətə görə Moskvaya qarşı tətbiq etdiyi sanksiyaları ləğv etməsi Rusiyanın ağır şərtləri qəbul etməsindən sonra mümkün olacaq.
 
Batyuk düşünür ki, Rusiya siyasi hakimiyyəti bu ağır şərtləri qəbul etməyəcək və bu səbəbdən sanksiyalar uzun müddət qüvvədə olacaq:
 
"Rusiya Krımın və Donbasın Ukraynaya qaytarılmasına razı olarsa, sanksiyalar dayandırılacaq. Amma bu şərtləri rəsmi Moskva qəbul etməsə, ABŞ sanksiyaları davam etdirəcək.
 
Fikrimcə, Rusiya bu şərtləri qəbul etməyəcək”.
 
Vasif

OXŞAR XƏBƏRLƏR