Rusiyanı dayandıra biləcək yeganə GÜC: “Bu ölkə prosesi nəyə görə kənardan izləyir?”

Media
14:21 / 19.03.2022
1350
"Rusiyanın Ukraynada işğalçılıq siyasətinin qarşısını ala biləcək güclərdən biri Çindir”.
Sfera.az bildirir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
O bildirib ki, Çin obyektiv siyasi mövqeyini ortaya qoyub Moskvanı Kiyevlə anlaşmaya getməyə məcbur edə bilər:
"Moskva və Pekin arasında Qərbə qarşı strateji əməkdaşlıq var. Rusiyanın güclənməsi və Ukraynanı işğal etməsi Pekinin geosiyasi maraqlarına cavab vermir. Çünki Ukraynadan sonra Moskvanın hədəfi Mərkəzi Asiya olacaq və bu da Pekinlə maraqlarının toqquşmasıdır. Hazırda Rusiya Ukraynada siyasi-hərbi məqsədlərinə nail ola bilmir, hərbi və iqtisadi cəhətdən zəifləyir”.
Politoloq qeyd edib ki, Çin Rusiyanın Ukrayna labirintində ilişməsi fonunda zəifləməsində maraqlıdır, ona görə də prosesi kənardan izləyir.
"Türkiyənin vasitəçiliyi bir müddət davam edə bilər. Ümumiyyətlə Rusiya Ukraynada hərbi məqsədlərinə nail olsaydı, Ankaranın vasitəçiliyini qəbul etməzdi. Hazırda bütün güc Ukrayna hərbçilərinin döyüşündən asılı olacaq”.
Günay Rəsulqızı