Rus oliqarxlarının vəsaitləri Ukrayna üçün xərclənəcək – Avropa İttifaqı bununla bağlı qanun layihəsi hazırlayır

Media
14:05 / 19.03.2022
1326
Avropa İttifaqı (Aİ) ələ keçirdiyi Rusiyanın oliqarxlarına məxsus vəsaitləri Ukrayna üçün istifadə etməyi planlaşdırır.
Sfera.az "Bloomberg”ə istinadən xəbər verir ki, məsələ ilə bağlı yekun qərar hələ verilməyib.
Mövzu ilə bağlı agentliyə danışan üç mənbənin verdiyi məlumata görə, sözügedən qanun layihəsi hələ erkən mərhələdədir.
Avropa Komissiyasının sədri Ursula fon der Leyenin sözçüsü Erik Mamer, sözügedən aktivlərin bu mərhələdə dondurulduğunu və bununla bağlı sədrliyə heç bir tələbin daxil olmadığını söyləyib.
Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Aİ oliqarxlar da daxil olmaqla bir çox rus zənginlərinin aktivlərinə qarşı sanksiyalar tətbiq edib. Bir çox ölkə superyaxtalar, təyyarələr və daşınmaz əmlak kimi aktivləri müsadirə edib. Təkcə İtaliyada dondurulmuş aktivlərin məbləği 780 milyon avroya çatıb.
Aİ-dən verilən açıqlamada, Rusiya prezidenti Vladimir Putinə yaxın olan elitaya, onların ailələrinə və tərəfdarlarına təzyiqləri davam etdirəcəyi, sanksiyalardan qaçmaq üçün Rusiya dövlətinin və elitasının kriptovalyutalardan istifadəsinin qarşısını alacağı bildirilib.
Vasif