Ukrayna müharibəsində sınaqdan keçirilən SİLAHLAR - Rusiya texnikasının zəifliyi belə üzə çıxdı

Ukrayna müharibəsində sınaqdan keçirilən SİLAHLAR - Rusiya texnikasının zəifliyi belə üzə çıxdı
"Ukraynada davam edən müharibə dəhşətli və faciəvi olduğu qədər müxtəlif silah növlərinin testdən keçirildiyi məkana çevrilib. Rusiya hərbi texnikasının işğalçı müharibədə hələ ki, öyünəcək tərəfi yoxdur”. 

Sfera.az xəbər verir ki, bu sözləri "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Türkiyənin "Bayraqdar"ları dördüncü məkandır ki, özünü müsbət tərəfdən göstərir: 

""Bayraqdar"lar İraq və Suriya ərazisində PKK terrorçularına zərbələr endirməklə yanaşı, Liviya, İkinci Qarabağ və Ukrayna müharibəsində şöhrətini artırdı. ABŞ və Böyük Britaniya da Ukraynaya ötürdüyü silahlar vasitəsilə hərbi texnikasını real döyüş şəratində testdən keçirir. NATO-nun rəqibi Rusiyadır və Ukrayna müharibəsində ABŞ və Böyük Britaniyanın tank, hərbi təyyarə və helikopterlər əleyhinə raket sistemləri tam gücü ilə işləyirlər". 

Ekspert bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya hücum qərarının yanlış olduğuna bu aspektdən də yanaşmaq olar:

"Kreml sahibi Ukrayna müharibəsində NATO ölkələrinin hərbi texnikasının üstünlüyünə şərait yaratdı. Misal üçün, ABŞ-nin "Javelin” sistemləri Ukraynada Rusiyanın tanklarını məhv etməkdədir. Bu sistemi mənimsəmək üçün xüsusi təlimə də ehtiyac yoxdur, hədəfə tərəf tuşluyursan, raket öz işini görür”. 

Politoloq Rusiya ordusunun müharibə gedişində niyə ləng irəlilədiyi sualına aydınlıq gətirib:

"Birincisi, Rusiya ordusunun logistik problemləri yaranıb. Ukrayna ordusu partizan müharibəsinə keçərək əks-hücumlarla Rusiya ordusuna hərbi texnika, ərzaq və digər yardımçı texnika daşıyan kolonları zərərsizləşdirir. Nəticədə Rusiya ordusu istifadə etdiyi mərmi və güllə sarıdan, ərzaq çatışmazlığından əziyyət çəkir. Bunlar təmin olunmadan irəliləmək çətindir.

İkincisi, rusiyalı hərbçilərin motivasiyası zəifdir. Onlar başqa dövlətin ərazisində nəyin uğrunda savaşdıqlarını və ölümə getdiklərini anlamırlar, ona görə də sağ qalmaq üçün bir qismi təslim olur”.

Turan Rzayev


OXŞAR XƏBƏRLƏR

Azərbaycan Avropaya qaz ixracını azaldıb - Rəqəmlər

Bu il Azərbaycanda təbii qaz hasilatı və satışı azalıb.   Sfera.az Energetika Nazirliyinin açıqladığı məlumatlara istinadən bildirir ki, 2025-ci ilin...

Botoks edənlər bu məkanlara daxil ola bilməyəcəklər

İngiltərənin məşhur "Top Secret Comedy Club" komediya klubu, botoks etdirən qonaqlara qapılarını bağlamağa qərar verib. Bu qərar, komediyaçılardan gəl...

Sahil Babayevə yeni vəzifələr verildi – SƏRƏNCAM

Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın, Azərbaycan Respu...

Prezident bu nazirin müavininə yeni vəzifələr verdi

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavininə yeni vəzifələr verilib.   Sfera.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərənca...

Tarakanlar kiberböcəklərə çevrilir - Alimlərdən yeni kəşf - FOTO

Yaponiyadan və İndoneziyadan olan alimlər tarakanları axtarış-xilasetmə missiyalarında istifadə oluna biləcək kiborq həşəratlara çeviriblər. Osaka Universiteti ...

Masallıda ƏMƏLİYYAT -Ceyhun Əliyev saxlanıldı

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı növbəti əməliyyat tədbiri keçirilib.   ...