Yaponiyadan Rusiyaya YENİ SANKSİYA…

Yaponiyadan Rusiyaya YENİ SANKSİYA…
Ukraynaya hücumları səbəbilə ABŞ və Avropa İttifaqı başda olmaqla NATO ölkələri tərəfindən sərt sanksiyalara məruz qalan Rusiya ilə bağlı Yaponiya hökumətindən yeni addım atılıb.

Sfera.az xəbər verir ki, Tokionun Moskvaya qarşı sanksiyalarının genişləndiriləcəyini açıqlayan hökumət, Rusiyanın Baş Kəşfiyyat İdarəsinin (QRU) rəhbəri İqor Kostyukov və müdafiə nazirlərinin müavinləri də daxil olmaqla, 15 şəxsin və 9 təşkilatın aktivlərinin dondurulacağını açıqlayıb.

Bildirilib ki, yeni sanksiyalar dövlət tərəfindən dəstəklənən silah ixracatçısı Rosoboroneksportu da hədəfə alacaq. 

Bununla da Yaponiyanın sanksiyalarına məruz qalan Rusiya fərd və təşkilatlarının sayı 95-ə yüksəlib.

Ukraynaya 100 milyon dollar humanitar yardım göstərəcəyini vəd edən Tokio administrasiyası həmçinin martın 9-da ölkəyə müdafiə və ilk yardım ləvazimatları, o cümlədən gülləkeçirməz jiletlər, dəbilqələr və qış döyüş formaları göndərib.

Əzizə Zeynal 


OXŞAR XƏBƏRLƏR

Çindən yeni ixtira - 100 km uzaqlıqdan...

Çin 100 kilometr uzaqlıqdan millimetr dəqiqliyində görüntü əldə edən yeni casus texnologiya hazırlayıb.   Sfera.az xarici mediaya istinadən xəbər ver...

Rusiya-Ukrayna müharibəsinin regional münasibətlərə ciddi təsiri var - Prezidentin köməkçisi

Rusiya-Ukrayna müharibəsinin regional münasibətlərə ciddi təsiri var.   Sfera.az “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycan Prez...

Azərbaycan və Albaniya prezidentlərinin görüşü olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Albaniya Respublikasının Prezidenti Bayram Beqay ilə görüşüb.   Sfera.az  xəbər ...

Nikahdan kənar uşaqların sayı artır - Səbəb NƏDİR?

Dünyaya gələn uşaqların təxminən 15 faizi nikahda olmayan qadınlar tərəfindən doğulur. Son illərdə bu nisbətdə azalma müşahidə edilmir və təxminən faiz nisbəti ...

Sülhün təmin olunması üçün Ermənistan konstitusiyasında dəyişiklik zəruridir -Hikmət Hacıyev

Regionda sülhün təmin olunması üçün Ermənistan konstitusiyasında dəyişiklik zəruridir.   Sfera.az "report"a istinadən xəbər verir ki, ...

Azərbaycanda yüksək vəzifəli şəxs həbs olundu

Şəki Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Tural Məmmədov həbs edilib.   Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, məmur şəhid ailələri v...