Müharibə Rusiyanı dünyadan təcrid edib - Sanksiyaların sayı 6807-yə çatdı

Müharibə Rusiyanı dünyadan təcrid edib - Sanksiyaların sayı 6807-yə çatdı
Rusiyanın Ukraynaya hərbi müdaxiləsi bu ölkənin çox sayda sanksiyalarla üzləşməsinə səbəb olub. 

Sfera.az Bakı Araşdırmalar İnstitutuna (BAİ) istinadən xəbər verir ki, martın 15-nə kimi sanksiyaların sayı 6 807-yə çatıb və bu baxımdan Rusiya dünyada ən çox məhdudiyyətlə üzləşən ölkədir. 

Bu ilin fevral ayının 22-nə qədər ən çox sanksiyaya İran məruz qalmışdı. İran əsasən ABŞ-nin tətbiq etdiyi sanksiyalardan əziyyət çəkirdi və ümumi sanksiyaların sayı 3 616 ədəd idi. 

Fevralın 22-nə kimi Rusiya 2 754, Suriya 2 608, Şimali Koreya 2 077, Venesuela 651, Myanmar 510, Kuba 208 sanksiyaya məruz qalıb. 

Ukraynaya təcavüz Rusiyaya baha başa gəlib və Qərb Kremlə fevralın 22-dən sonra daha 4 053 sanksiya verib. 

Rusiyaya ən çox sanksiyanı ABŞ tətbiq edib. ABŞ-nin sanksiyalarının sayı 1 244-ə çatıb. 

ABŞ-dən başqa Birləşmiş Krallıq (1 023 ədəd), Kanada (980 ədəd), İsveçrə (920 ədəd), Fransa (920 ədəd) və ümumilikdə Avropa İttifaqı da (927 ədəd) sanksiya tətbiq edib. 

Sanksiyalar bütün sahələri əhatə edir. Maliyyə, gəmiçilik, enerji, özəl sərvətlər, aviaşirkətlər, texnologiya sahəsi sanksiyalara məruz qalıb. 

Vasif

OXŞAR XƏBƏRLƏR