Yaponiyadan Rusiyaya ZƏRBƏ

Media
13:03 / 17.03.2022
1068
Yaponiya Ukrayna ilə müharibədən sonra Rusiyanı "ən əlverişli ölkə" statusundan çıxaracağını və əlavə sanksiyalar tətbiq etməyi planlaşdırdığını bildirib.
Sfera.az bildirir ki, bu barədə Baş nazir Kişida Fumio keçirdiyi mətbuat konfransında danışıb.
Rusiyanın Ukraynaya qarşı müharibəsini "qeyri-insani" adlandıran Kişida, "Biz azadlıq, demokratiya və qanunun aliliyi kimi ümumbəşəri dəyərlərə əsaslanan beynəlxalq bir nizam istəyirik? Yoxsa güc qanununa əsaslanan və dəyişikliyə dözümlü bir nizam?”, deyə mövcud durumu sorğulayıb.
Bu dövrdə Moskva rəhbərliyinin ölkəsinə qarşı tətbiq etdiyi sanksiyalara toxunan Kişida, "Enerji və qida məhsulları idxalçısı olaraq iqtisadiyyatımıza təsirlərinin həyəcanverici olduğunu deyə bilərik, lakin biz Rusiyanın təhdidlərinə təslim olmayacağıq. Sülh naminə Ukrayna xalqı ilə həmrəy olduğumuzu göstərəcəyik”.
Qurum rəsmisi, həmçinin Pekin administrasiyasını da Rusiya-Ukrayna müharibəsinə məsuliyyətli yanaşmağa çağırıb.
Günay Rəsulqızı
Sfera.az