Putin Ukraynaya bu iki variantı təqdim edir - Kreml rəsmən elan etdi

Putin Ukraynaya bu iki variantı təqdim edir - Kreml rəsmən elan etdi
Kremlin sözçüsü Dmitri Peskov Ukrayna-Rusiya danışıqları ilə bağlı açıqlama verib.
 
Sfera.az bildirir ki, qurum rəsmisi Ukraynada İsveç və ya Avstriya kimi silahsızlaşdırılmış neytral dövlətin yaradılması ideyasına müsbət yanaşdıqlarını deyib: "Bu, hazırda müzakirə olunan variantdır və əsl kompromis kimi qiymətləndirilə bilər”.

Moskva ilə Kiyev arasında aparılan danışıqların gündəmində sanksiyalar mövzusunun da yer aldığını bildirən Peskov, "Bu məsələ ilə bağlı şərh verməyəcəyəm. Danışıqlarda həqiqətən də sanksiya məsələsinə toxunulur. Amma indi hər hansı təfərrüat vermək istəmirəm”, deyə söyləyib.

Rusiyanı hədəf alan "sanksiya karvanı”na bütün dünya ölkələrinin qoşulmadığını vurğulayan Peskov, Vaşinqton administrasiyasının bu dövrdə digər dövlətlərə təzyiqinin inanılmaz olduğunu vurğulayıb: 

"ABŞ bu günlərdə dünyanın bir çox ölkəsinə misli görünməmiş təzyiqlər edir. Ölkələrin böyük əksəriyyəti bu təzyiqlər altında əzilir, lakin məzlum olmayan və daha balanslı suverenlik mövqeyinə malik olan ölkələr də var. Onlar bunu açıq şəkildə bəyan edirlər və hər hansı təzyiqi qəbuledilməz hesab edirlər”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR