Vətən müharibəsinin üzə çıxardığı GERÇƏK: Erməni vandalizmi bütün çılpaqlığı ilə dünyaya göstərildi

Vətən müharibəsinin üzə çıxardığı GERÇƏK: Erməni vandalizmi bütün çılpaqlığı ilə dünyaya göstərildi
44 günlük müharibədə şanlı ordumuzun uğurlu əks-hücum əməliyyatları və döyüş meydanındakı qəhrəmanlıqları nəticəsində torpaqlarımız işğaldan azad edilib. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun şücaəti, yüksək döyüş qabiliyyəti və apardığı əməliyyatlar dünya hərb tarixinə qızıl hərflərlə yazılıb. 
 
"Vətən müharibəsi”ndə qazanılmış tarixi qələbə həm də Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətlərini bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırıb. 
 
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Diplomatiya Araşdırmaları Mərkəzinin sədri Samir Hümbətov deyib ki, ötən illər ərzində məqsədyönlü şəkildə inkişaf etdirilən, maddi-texniki bazası gücləndirilən, dünyanın ən güclü orduları sırasında olan şanlı Azərbaycan Ordusunun sarsıdıcı zərbələri nəticəsində ağır itkilər verən Ermənistan silahlı qüvvələrinin müqaviməti sındırıldı:
 
"44 günlük müharibə ərzində dünya bir daha erməni vandalizminin, erməni faşizminin şahidi oldu. Düşmən Azərbaycan xalqına nifrət hissi ilə yaşayıb, yaşayış binaları, məktəblər, xəstəxanalar, ictimai binalar, tarixi abidələr, qəbirlər və məscidlərin 99 faizini dağıdıb. Düşmənin törətdiyi hərbi cinayətlərin uçotu və dəymiş ziyanın hesablanması üçün araşdırma aparılır, beynəlxalq ekspertlər regiona dəvət edilir. 
 
Ermənistan işğal edilmiş bütün ərazilərin onlarda qalmasını əks etdirən xəritələr dərc edib, işğal edilmiş ərazilərin adlarını dəyişib, xaricdən gəlmə erməniləri tarixi Azərbaycan əraziləri - Şuşada, Arazboyu yerləşən rayonlarda məskunlaşdırmaq istəyirdilər.
 
44 günlük müharibə vaxtı Azərbaycanın hərbi əməliyyatlar aparılmayan ərazisində ermənilərin hərbi cinayətləri nəticəsində 93 mülki şəxs həlak olub, 400-dən çox mülki şəxs yaralanıb, 3 mindən çox bina dağılıb. 
 
Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Qarabağ əsl cənnət məkanına çevrilir. Hazırda regionda bərpa prosesi davam etdirilir. Evlərindən didərgin salınan azərbaycanlıların BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nəzarəti altında yurdlarına geri dönməsi üçün işlər görülür”.
 

Turan Rzayev
 
Qeyd: Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
 
Mövzu: Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük "Vətən müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması.
 



OXŞAR XƏBƏRLƏR

Avropa liderləri atəşkəs tələbi ilə Ukraynadadır

Almaniya kansleri Fridrix Mers, Fransa prezidenti Emmanuel Makron, İngiltərə baş naziri Keir Starmer və Polşa baş naziri Donald Tusk bu gün səhər saatlarında Ki...

Milli Məclisin deputatları Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTO

Bu gün Milli Məclisin bir qrup deputatı Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə Fəxri xiyabana gələrək onun məzarını ziyarət ediblər. Deputatlar dahi ...

Bu gün Ukraynada Avropa liderləri toplantı keçirəcək

Bu gün Ukraynaya kömək etmək istəyən ölkələr toplantı keçirəcək.   Sfera.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.   ...

Nazir AZAL-ın təyyarəsinin vurulmasından danışdı

AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Rusiyanın istintaqının başa çatmasını gözləyirik.   Sfera.az xəbər verir ki, bunu bu gün Azərbaycanın xarici...

"Avropanın səhvləri münaqişəni uzadır" - Macarıstan XİN

"Avropa liderləri münaqişənin həlli ilə bağlı səhv strategiyaya görə məsuliyyət daşıyacaqlarından narahat olduqları üçün Ukraynada sülhün bağlanması anını ...

“WhatsApp”da bu mesaja cavab verməyin - Yeni dələduzluq üsulu yayılıb

“WhatsApp”, istifadəçiləri yeni bir dələduzluq üsulu barədə xəbərdar edib. Xəbərdaqlıqda qeyd edilir ki, tanıdığınız bir şəxsdən gələn “Salam,...