Rusiya-Ukrayna müharibəsində HƏLLEDİCİ HƏFTƏ: Ərdoğan-Putin-Zelenski görüşü baş tutarsa...

Rusiya-Ukrayna müharibəsində HƏLLEDİCİ HƏFTƏ: Ərdoğan-Putin-Zelenski görüşü baş tutarsa...
Dünən Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiya və Ukraynadan olan həmkarları Sergey Lavrov və Dmitri Kuleba ilə danışıb. Tərəflər davam edən müharibəni və humanitar məsələləri  müzakirə ediblər. Diplomatların Antalyada keçirilən üçtərəfli görüşündən sonra bu, Çavuşoğlu ilə Lavrovun ikinci telefon danışığıdır.

Maraqlıdır, Türkiyənin bu təşəbbüsləri effekt verəcəkmi?

Bununla bağlı Sfera.az-a açıqlama verən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov deyib ki, üçtərəfli görüş nəticəsiz başa çatsa da, bu, Türkiyə vasitəçiliyinin uğursuz olması demək deyil. Müsahibimizin sözlərinə görə, savaşın uzanması nə Kiyevin, nə Moskvanın ürəyincədir:

"Belə rəy yaradılıb ki, Putini dayandırmaq mümkün deyil. Ancaq dövlət başçısı istədiklərini alması üçün hələlik blef də edə bilər. Ən azından ona görə ki, Kremlin bu savaşdan qazanclı çıxmaq ehtimalı çox azdır. Moskva hazırda "komikadzedir": Məhv etsə, məhv olacaq.  Bu həftə ciddi proseslər gözlənilir. Kiyevin tamamilə işğalı istisna deyil. Həmçinin Türkiyə, Rusiya və Ukrayna dövlət başçıları səviyyəsində üçtərəfli görüşün gündəmə gəlməsi, o cümlədən tarixinin müəyyənləşdirilməsi və hətta baş tutması da mümkündür”.

Siyasi şərhçi qeyd edib ki, Ərdoğan həm Putinin, həm də Zelenskinin xilaskarına çevrilə bilər:

"Daxili siyasətdə "xal qazanmaq", növbəti prezident seçkiləri üçün divident toplamaq baxımından vasitəçilik təşəbbüsünün uğurla başa çatması, yəni daimi atəşkəsin təmin olunması və Üçüncü dünya savaşının qarşısının alınması Ərdoğan üçün çox əhəmiyyətlidir. Odur ki, səylər davam edəcək və böyük ehtimalla Türkiyə məqsədinə çatacaq”.

Günay Rəsulqızı
Sfera.az



OXŞAR XƏBƏRLƏR

Avropa liderləri atəşkəs tələbi ilə Ukraynadadır

Almaniya kansleri Fridrix Mers, Fransa prezidenti Emmanuel Makron, İngiltərə baş naziri Keir Starmer və Polşa baş naziri Donald Tusk bu gün səhər saatlarında Ki...

Milli Məclisin deputatları Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTO

Bu gün Milli Məclisin bir qrup deputatı Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə Fəxri xiyabana gələrək onun məzarını ziyarət ediblər. Deputatlar dahi ...

Bu gün Ukraynada Avropa liderləri toplantı keçirəcək

Bu gün Ukraynaya kömək etmək istəyən ölkələr toplantı keçirəcək.   Sfera.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.   ...

Nazir AZAL-ın təyyarəsinin vurulmasından danışdı

AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Rusiyanın istintaqının başa çatmasını gözləyirik.   Sfera.az xəbər verir ki, bunu bu gün Azərbaycanın xarici...

"Avropanın səhvləri münaqişəni uzadır" - Macarıstan XİN

"Avropa liderləri münaqişənin həlli ilə bağlı səhv strategiyaya görə məsuliyyət daşıyacaqlarından narahat olduqları üçün Ukraynada sülhün bağlanması anını ...

“WhatsApp”da bu mesaja cavab verməyin - Yeni dələduzluq üsulu yayılıb

“WhatsApp”, istifadəçiləri yeni bir dələduzluq üsulu barədə xəbərdar edib. Xəbərdaqlıqda qeyd edilir ki, tanıdığınız bir şəxsdən gələn “Salam,...