Müharibə 200 min rusiyalını didərgin salıb – Mühacirlər Gürcüstan və Türkiyədə…

Müharibə 200 min rusiyalını didərgin salıb – Mühacirlər Gürcüstan və Türkiyədə…
Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri minlərlə rus öz ölkəsini tərk edib.
 
Sfera.az xəbər verir ki, Qərb ölkələri hava məkanını Rusiyaya bağladıqları üçün çoxlu sayda rus vətəndaşı Gürcüstan, Türkiyə, Cənubi Qafqaz və Ermənistan kimi ölkələrə mühacirət edib. 
 
Rusiyalı iqtisadçıların hesablamalarına görə, müharibə başlayandan bəri 200 min rus öz ölkəsini tərk edib. Bu müddətdə Gürcüstana 25 min rusiyalının gəldiyi təxmin edilir.
 
Paytaxt Tbilisidə münasib qiymətə yaşayış yeri tapmaqda çətinlik çəkən rusları çamadanları və heyvanları ilə şəhərin ortasında görmək mümkündür.
Belarus prezidenti Aleksandr Lukaşenkonun Putin rejimini dəstəkləməsi səbəbindən Belarusun sanksiyalara məruz qalması bu ölkədən immiqrasiyanı sürətləndirib.
 
Ona görə də Ermənistanın paytaxtı İrəvan və Türkiyə kimi şəhərlərə uçuşlar və bu şəhərlərdə qalmaq ciddi şəkildə baha başa gəlir.

Əzizə Zeynal 


OXŞAR XƏBƏRLƏR