Rus əsgərlərinin meyitləri burada gizlədilirmiş - "Sayları inanılmaz dərəcədə çox idi"

Rus əsgərlərinin meyitləri burada gizlədilirmiş -
Azad Avropa Radiosu (RFE) Rusiya-Ukrayna müharibəsi ilə bağlı mübahisəli fikir irəli sürüb.
 
Sfera.az bildirir ki, RFE müharibədə həlak olan rus əsgərlərinin Belarusdakı xəstəxanalarda saxlandığını iddia edib. Məlumata görə, bu xəstəxanalardakı həkimlər və digər səhiyyə işçiləri ilə məxfilik müqaviləsi imzalanıb və onlara gördüklərini deyəcəkləri halda, işlərini itirəcəkləri bildirilib. Azadlıq Radiosuna danışan hadisə şahidi bunları söyləyib: 

"Cəsədlərin sayı inanılmaz dərəcədə çox idi. Mozıt stansiyasındakı insanlar qatara qoyulan meyitlərin sayına görə şoka düşmüşdülər”.

Rusiyanın ölənlərin sayını bir müddət gizli saxlamaq üçün bu üsula əl atdığı deyilib. Oxşar fikirlər Ukrayna hakimiyyət orqanları tərəfindən əvvəllər də səsləndirilmişdi, lakin bu iddiaları əsaslandırmaq üçün kifayət qədər sübut təqdim edilməmişdi. Qərb kəşfiyyatının məlumatına əsasən isə, Putin ordusu müqavimətin gücü qarşısında məəttəl qalıb. 

Britaniya Kral Hərbi Hava Qüvvələrinin keçmiş rəisi Edvard Stringer "Sky News”a açıqlamasında "işğalçılar üçün işlərin çox pis getdiyini” söyləyib: "Əgər sizin üç generalınız öldürülübsə və cəmi 500 əsgər itirdiyinizi iddia edirsinizsə, bu real deyil”.

Qeyd edək ki, ABŞ kəşfiyyat agentliyinin Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Burns keçən həftə Rusiyanın Ukraynadakı itkilərini açıqlamışdı. O, işğal cəhdinin 13-cü günündə Rusiyanın hərbi itkilərinin 2-4 min arasında olduğunu, lakin Ukraynaya görə, bu rəqəmin 10 mindən çox olduğunu vurğulamışdı.

Günay Rəsulqızı
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR

“Siemens” direktorunun ailəsi ilə birlikdə helikopterin qəzaya uğramasının səbəbi açıqlandı - FOTOLAR

ABŞ-da “Siemens” şirkətinin rəhbərinin ailəsinin olduğu helikopter qəzaya uğrayıb   Sfera.az xəbər verir ki, “Siemens” şirkət...

Yaşar Gülər Azərbaycandan danışdı

Türkiyənin müdafiə sənayesi məhsulları Azərbaycanda ortaq layihələrin bir hissəsinə çevrilib.   Sfera.az xəbər verir ki, bunu Türkiyənin milli m...

Papanın dəfn mərasimində geyim qaydalarını pozdular - FOTOLAR

ABŞ Prezidenti Donald Tramp, ukraynalı həmkarı Volodimir Zelenski və Amerikanın sabiq prezidenti Co Bayden Vatikanda Papanın dəfn mərasimində geyim qaydalarını ...

CIA Hitleri ölümündən 10 il sonra Cənubi Amerikada axtarıb

Sovet qoşunları 30 aprel 1945-ci ildə Berlinin mərkəzinə doğru irəliləyərkən Hitler və onun bir gün əvvəl evləndiyi çoxdankı sevgilisi Eva Braun tutulmamaq üçün...

Sumqayıtda 64 yaşlı kişinin meyiti tapıldı

Sumqayıtda 64 yaşlı kişinin meyiti tapılıb.   Sfera.az xəbər verir ki, hadisə şəhərin 13-cü mikrorayonunda qeydə alınıb.   1961-ci il təvə...

İranda fövqəladə vəziyyət elan edildi - 8 ölü, 750 yaralı, 6 itkin + VİDEO

İranın Bəndər Abbas şəhərində yerləşən Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində xəsarət alanların sayı 516 nəfərə yüksəlib.   Sfera.az xəb...