Mahsun Kırmızıgülün qardaşı həyat yoldaşına balta ilə hücum etdi - FOTO

Mahsun Kırmızıgülün qardaşı həyat yoldaşına balta ilə hücum etdi - FOTO
Türkiyəli müğənni Mahsun Kırmızıgülün qardaşı həyat yoldaşına hücum edib.
 
Sfera.az bildirir ki, ifaçının qardaşı Yusuf Bazencir ilə həyat yoldaşı Seval Bazencir arasında mübahisə yaranıb. Tərəflər boşanmaq qərarına gəliblər. Seval həyat yoldaşına evə gəlməməsini deyib. Lakin Bazencir əlində balta ilə yaşadığı evin qapısını sındıraraq ora girməyə çalışıb. Təşvişə düşən gənc qadın telefonundakı "KADES” proqramı ilə (qadın və uşaqların zorakılığa məruz qalmasının qarşısını almaq üçün yaradılan rəsmi tətbiq) polisi hadisə yerinə çağırıb. Bir neçə dəqiqə sonra mənzilə gələn polis əməkdaşları Yusufun balta ilə qapını sındırmağa çalışdığını görüb və  bu dəfə tərəflər arasında dava düşüb.

Polis tərəfindən nəzarətə alınan Yusuf Bazencir həyat yoldaşı ilə telefonda mübahisə etdiyini, daha sonra ona evə gəlməməyi dediyini bildirib. O, məqsədinin həyat yoldaşına zərər vermək olmadığını söyləyib: "Dərmanımı almaq üçün balta ilə qapını sındırmağa çalışdım”. 

Seval isə çox qorxduğunu, ərinin onu təhqir edib hədələdiyini və bu səbəbdən şikayət etdiyini deyib.

İstanbul Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində Yusuf  Bazencir məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.
Qeyd edək ki, cütlük 2017-ci ildə nikah masasına oturub.

Türkan
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

“Siemens” direktorunun ailəsi ilə birlikdə helikopterin qəzaya uğramasının səbəbi açıqlandı - FOTOLAR

ABŞ-da “Siemens” şirkətinin rəhbərinin ailəsinin olduğu helikopter qəzaya uğrayıb   Sfera.az xəbər verir ki, “Siemens” şirkət...

Yaşar Gülər Azərbaycandan danışdı

Türkiyənin müdafiə sənayesi məhsulları Azərbaycanda ortaq layihələrin bir hissəsinə çevrilib.   Sfera.az xəbər verir ki, bunu Türkiyənin milli m...

Papanın dəfn mərasimində geyim qaydalarını pozdular - FOTOLAR

ABŞ Prezidenti Donald Tramp, ukraynalı həmkarı Volodimir Zelenski və Amerikanın sabiq prezidenti Co Bayden Vatikanda Papanın dəfn mərasimində geyim qaydalarını ...

CIA Hitleri ölümündən 10 il sonra Cənubi Amerikada axtarıb

Sovet qoşunları 30 aprel 1945-ci ildə Berlinin mərkəzinə doğru irəliləyərkən Hitler və onun bir gün əvvəl evləndiyi çoxdankı sevgilisi Eva Braun tutulmamaq üçün...

Sumqayıtda 64 yaşlı kişinin meyiti tapıldı

Sumqayıtda 64 yaşlı kişinin meyiti tapılıb.   Sfera.az xəbər verir ki, hadisə şəhərin 13-cü mikrorayonunda qeydə alınıb.   1961-ci il təvə...

İranda fövqəladə vəziyyət elan edildi - 8 ölü, 750 yaralı, 6 itkin + VİDEO

İranın Bəndər Abbas şəhərində yerləşən Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində xəsarət alanların sayı 516 nəfərə yüksəlib.   Sfera.az xəb...