Rusiyanın "mülayim və sərt polis" oyunu: Kadırov sayəsində dünyaya bu mesajları verir

Rusiyanın
"Ukrayna savaşında Çeçenistan lideri Ramzan Kadırovun  önə çıxarılmasının mühüm funksiyası var”.
 
Sfera.az bildirir ki, bunu politoloq Nazim Cəfərsoy deyib. O bildirib ki, Rusiyanın ənənəvi olaraq Jirinovski, Duqin və bəzi deputatlar  üzərindən verilən, xaricə göndərilən radikal mesajları bu dəfə Kadırov vasitəsilə edilir:

"Kadırov bu rolu daha əvvəl də zaman-zaman müəyyən mənada oynayırdı. Bu dəfə isə Ukrayna slavyan olduğu və savaş kəskin bir durum olduğu üçün daha şahin bir şəxs kimi ona ehtiyac olub.  Kadırov  bu çıxışları vasitəsiylə gah Ukraynaya, gah da Qərbə qarşı mesajlar verərək, Rusiyanın daha da radikal tərəfini qarşıdakılara göstərir. Beləcə qarşıdakılara "əlinizdəki Rusiya hakimiyyətinin qədrini bilin və anlaşın" mesajını verir. Kadırov burada Amerikan filmlərindəki məşhur olan "mülayim və sərt polis" oyununda ikincisini təmsil edir. Beləcə dünyaya sadəcə rusların deyil, rus olmayanların da Rusiya üçün nələr edə biləcəyi göstərilir”.

Politoloq qeyd edib ki, çeçenlər Rusiyada tarixən ən döyüşkən xalqlardan biri, hazırda da bəlkə də birincisidir:

"Bu mənada Kadırovun hərbi gücü Rusiyanın ən elit birliklərindən sayıla bilər. Üstəlik, bu orduda maraqlı formada cəmiyyətdəki dini həssasiyyət və liderə sədaqət faktoru, motivasiya üçün xüsusi önəm təşkil edir”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

“Siemens” direktorunun ailəsi ilə birlikdə helikopterin qəzaya uğramasının səbəbi açıqlandı - FOTOLAR

ABŞ-da “Siemens” şirkətinin rəhbərinin ailəsinin olduğu helikopter qəzaya uğrayıb   Sfera.az xəbər verir ki, “Siemens” şirkət...

Yaşar Gülər Azərbaycandan danışdı

Türkiyənin müdafiə sənayesi məhsulları Azərbaycanda ortaq layihələrin bir hissəsinə çevrilib.   Sfera.az xəbər verir ki, bunu Türkiyənin milli m...

Papanın dəfn mərasimində geyim qaydalarını pozdular - FOTOLAR

ABŞ Prezidenti Donald Tramp, ukraynalı həmkarı Volodimir Zelenski və Amerikanın sabiq prezidenti Co Bayden Vatikanda Papanın dəfn mərasimində geyim qaydalarını ...

CIA Hitleri ölümündən 10 il sonra Cənubi Amerikada axtarıb

Sovet qoşunları 30 aprel 1945-ci ildə Berlinin mərkəzinə doğru irəliləyərkən Hitler və onun bir gün əvvəl evləndiyi çoxdankı sevgilisi Eva Braun tutulmamaq üçün...

Sumqayıtda 64 yaşlı kişinin meyiti tapıldı

Sumqayıtda 64 yaşlı kişinin meyiti tapılıb.   Sfera.az xəbər verir ki, hadisə şəhərin 13-cü mikrorayonunda qeydə alınıb.   1961-ci il təvə...

İranda fövqəladə vəziyyət elan edildi - 8 ölü, 750 yaralı, 6 itkin + VİDEO

İranın Bəndər Abbas şəhərində yerləşən Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində xəsarət alanların sayı 516 nəfərə yüksəlib.   Sfera.az xəb...