Röya və Tünzalənin falçısı TUTULDU: \"Qızılla baxırdım...\"

Röya və Tünzalənin falçısı TUTULDU: \

 

 

Sonuncu dəfə paytaxtın Nərimanov rayonu Montin qəsəbəsində kirayə ev axtarmaq adı ilə getdiyi evlərdə özünü falçı kimi təqdim edib, qızılla fala baxdığını bildirib.



Cinayətkar özünü məşhur müğənnilərin falçısı kimi təqdim edirmiş.

Bu üsulla Mikayıl Səfərov Nərimanov rayonu ərazisində Səkinə Quliyevanın evinə daxil olub. Özünü Anar kimi təqdim edən Mikayıl məşhur müğənni Röya və Tünzalə Ağayevanın falçısı olduğunu deyib. Bundan sonra o, qadının xəstə nəvəsini müalicə etmək adı ilə qızıllarını götürüb.

M.Səfərov qızılları satmaq istəyərkən Nərimanov rayon 18-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. İlkin ifadəsi zamanı o, respublikanın bir çox rayonunda 10-a yaxın vətəndaşı bu yolla qarət etdiyini deyib.

Xəzər xəbər-in məlumatına görə, Mikayıl Səfərov iki dəfə oğurluğa görə üst-üstə 14 il məhkumluq həyatı yaşadığını, falçılığı isə həbsdə olarkən oxuduğu kitablardan öyrəndiyini bildirib.

Hazırda faktla bağlı araşdırma davam etdirilir. Qeyd olunan şəxsin cinayət əməlindən zərər çəkənlər 18-ci polis bölməsinə məlumat verə bilərlər.


OXŞAR XƏBƏRLƏR

Əli Əsədov Pakistanın neft naziri ilə görüşdü

Azərbaycanın Baş naziri Əli Əsədov Pakistanın neft naziri Əli Pervaiz Maliklə görüşüb.   Bu barədə Sfera.az-a Nazirlər Kabinetindən məlumat verilib. ...

Oyuncaq silahla qorxu yaradan sürücü həbs edildi

Sosial şəbəkədə paytaxtda avtomobildən oyuncaq silaha bənzər əşya nümayiş etdirilərək təşviş yaradılması ilə bağlı yayılan görüntülər polis tərəfindən araşdırıl...

Vilayət Eyvazov rəislərə bu məsələlərlə bağlı tapşırıqlar verdi - VİDEO

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iyunun 1-də və 2-də Bərdə Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.   Sfera.az xəb...

Bakıda uşaq meydançasından uşaq oğurlanıb? - VİDEO

Sosial şəbəkədə Yasamal rayonu ərazisində uşaq meydançasından uşaq oğurlamağa cəhd edilməsi ilə bağlı iddialar yayılıb.   Sfera.az xəbər verir k...

Özgəsinin sənədi ilə sərhədimizdən keçmək istədi...

Özgəsinə məxsus sənədlə dövlət sərhədindən keçməyə cəhd göstərən şəxs saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin ...

Mayda ən yüksək temperatur bu rayonda QEYDƏ ALINIB

2025-ci ilin may ayında Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim norması ilə müqayisədə 26 gün normadan yuxarı (0.2-6 dərəcə) olub. Bu barəd...