Putindən kritik ADDIM: 16 min döyüşçü gətirir, silah paylayacaq

Putindən kritik ADDIM: 16 min döyüşçü gətirir, silah paylayacaq
Putin ölkəsi və dünya üçün daha bir kritik qərarını açıqlayıb.
 
Sfera.az bildirir ki, o, Təhlükəsizlik Şurasının iclasında Rusiya tərəfində iştirak edəcək Yaxın Şərqdən olan "könüllü döyüşçülərin” Ukraynadakı münaqişə zonalarına daşınması barədə göstəriş verib. Putin, həmçinin Qərb dövlətlərindən göndərilən və ələ keçirilən raket və sursatları Rusiyaya dəstək verən qüvvələrə təhvil verməyə hazır olduğunu bildirib.

"Ukraynaya döyüşmək üçün gələnlərin olduğunu görürük. Biz də onlara qarşı döyüşməyə gələnləri məmnuniyyətlə qarşılayırıq və həmin şəxsləri döyüş meydanlarına çatdırmaqda kömək etməliyik. Dünyanın hər yerindən muzdluların toplanması və Ukraynaya göndərilməsinə gəlincə, görürük ki, Ukrayna rejimi və Ukraynanın Qərb sponsorları bunu gizlətmirlər. Beynəlxalq hüquqa məhəl qoymadan bunu açıq şəkildə edirlər”. 

Putin bununla da, Ukraynaya açıq şəkildə meydan oxuyub və öz ölkəsinin də eyni taktikanı tətbiq etməsini məqsədəuyğun hesab edib.

İclasda Rusiyanın müdafiə naziri Şoyqu isə Luqansk və Donetskdəki separatçı qüvvələrə Amerika istehsalı olan Javelin və Stinger tipli tank əleyhinə sursatların verilməsini təklif edib. Rusiyanın Ukrayna planının istədiyi kimi davam etdiyini deyən Şoyqu Yaxın Şərqdən 16 min insanın Rusiya ilə eyni cərgədə döyüşmək üçün ölkəyə gəlmək istədiyini bildirib.

Günay Rəsulqızı
Sfera.az

 

OXŞAR XƏBƏRLƏR

Vilayət Eyvazov rəislərə bu məsələlərlə bağlı tapşırıqlar verdi - VİDEO

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iyunun 1-də və 2-də Bərdə Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.   Sfera.az xəb...

Bakıda uşaq meydançasından uşaq oğurlanıb? - VİDEO

Sosial şəbəkədə Yasamal rayonu ərazisində uşaq meydançasından uşaq oğurlamağa cəhd edilməsi ilə bağlı iddialar yayılıb.   Sfera.az xəbər verir k...

Özgəsinin sənədi ilə sərhədimizdən keçmək istədi...

Özgəsinə məxsus sənədlə dövlət sərhədindən keçməyə cəhd göstərən şəxs saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin ...

Mayda ən yüksək temperatur bu rayonda QEYDƏ ALINIB

2025-ci ilin may ayında Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim norması ilə müqayisədə 26 gün normadan yuxarı (0.2-6 dərəcə) olub. Bu barəd...

Qəbiristanlıqda 14 yaşlı qıza əxlaqsızlıq edənə- 4 il 3 ay həbs!

Yetkinlik yaşına çatmayan qıza qarşı əxlaqsız hərəkətlər edən şəxs cinayət məsuliyyətinə cəlb edilib.     Sfera.az xəbər verir ki, ...

"Kapital Bank" Qarabağ Universitetinin tələbələri üçün təqaüd proqramına start verdi

2 iyun 2025-ci il tarixində Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində “Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu” keçirilib. “Gələcəyin Q...