Putinə etiraz edənlər polisdən yayınmağın maraqlı üsulunu tapıb: Bu şifrələrlə yazışırlar - FOTO

Putinə etiraz edənlər polisdən yayınmağın maraqlı üsulunu tapıb: Bu şifrələrlə yazışırlar - FOTO
Rusiyalı internet istifadəçilərinin gizli mesajlaşma simvolu böyük maraq doğurub.
 
Sfera.az bildirir ki, müharibəyə etiraz  edən rusların bu üsula əl atma səbəbi Putin rejimi olub. Belə ki, cəsarətli Rusiya vətəndaşları hökumətin işğal qərarına qarşı çıxaraq ölkənin hər yerində, xüsusən də Moskvada böyük meydanlarda "Müharibəyə yox” şüarları səsləndiriblər. Nümayişlər zamanı ölkə daxilində minlərlə insan saxlanılıb və polis zorakılığına məruz qalıblar. Rusiya müharibə başlayandan bəri bəzi qadağalar tətbiq edib və onsuz da ciddi nəzarət altında olan sosial mediadan istifadə getdikcə sıxışdırılıb. İnternet senzurasının öhdəsindən gəlmək, sərbəst ünsiyyət qurmaq istəyən ruslar isə çox təəccüblü və əyləncəli həll yolu tapıblar.

Fevralın 24-dən etibarən sosial şəbəkələrdə və mesajlaşma proqramlarında qəfildən qəribə görüntü peyda olmağa başlayıb. Məşhur rus şairi Puşkinin şəkli, 7 rəqəmi və bir neçə cərgədə yeriyən adam emojiləri maraq obyektinə çevrilib. Rusiyanı yaxşı tanıyanlar üçün bu şifrəli yazışmanı deşifrə etmək isə çətin olmayıb.

Ancaq bilməyənlər üçün sözügedən şifrənin mənasını belə ümumiləşdirmək olar: Bu təsvir Moskvanın ən məşhur meydanlarından və görüş nöqtələrindən biri olan Puşkin meydanını simvollaşdırır. 7 rəqəmi də görüş vaxtı üçün bir ipucudur. Çoxlu yeriyən kişi emojilərinin sırası etiraz aksiyasının vizuallaşdırılmasıdır. Bu emoji əslində əvvəlki illərdə digər məsələlərlə bağlı etiraz aksiyalarında iştirak etmək istəyən rusların tez-tez istifadə etdiyi üsuldur. İnsan haqları təşkilatlarının fikrincə, Rusiya hökuməti bu faktdan xəbərdardır və ona görə də əslində bunu parol adlandırmaq olduqca çətindir.

Bəs niyə insanlar hələ də bunu edirlər?

Rusiyada 2014-cü ildən bəri küçələrdə edilən nümayişlər hökumət tərəfindən qadağan edilib. Bu hərəkətlərdə iştirak etmək və saxlanılmaq ilk dəfə üçün 15 sutka, təkrar olunarsa 5 il həbs cəzası deməkdir. İndi isə müharibə şərtlərinə görə yenilənən qanunlar, bu cəzanın 15 ilə qədər uzadılmasına səbəb ola bilər. Belə olan halda, küçələrə çıxıb Putin rejimini tənqid edənlərin hər şeyə rəğmən belə şifrəli mesajlara ehtiyacı var. Çünki aksiya zamanı həmin şəxslərin telefonu polis tərəfindən yoxlanılsa və yazışmalar oxunsa, bunların da cinayət təşkil etmə ehtimalı yüksəkdir. Əslində iş elə bir hal alıb ki, bu mesajlar indi zarafata çevrilib - ancaq Rusiyada iştirak etdiyiniz nümayişləri yazışmadan çıxarıb sosial şəbəkələrdə paylaşsanız, vəziyyət kifayət qədər təhlükəli ola bilər.
Məsələn, bunu edənlərdən biri -  Aleks səhəri gün evindən polis bölməsinə aparılıb və hərəkətlərini bir-bir sadalayan sənədə imza atmağa məcbur edilib. Üstəlik, bir neçə gün həbsdə qalmalı olub.
 
Fevralın 24-də  "Uzun müddətdir ki, şəhərin mərkəzində gözəl gəzintiyə çıxa bilmirəm" deyə tvit atan qadın isə, bu yazıdan bir neçə gün sonra qatara minərkən həbs edilib.

Xatırladaq ki, Rusiyada müharibə başlayandan bəri müharibə əleyhinə nümayişlərdə iştirak etdiyinə görə 14 mindən çox insan saxlanılıb.  

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Xəstəxanalardakı uzun növbələrə çarə - VİDEO

Dövlət tibb müəssisələrində saatlar, günlər, hətta bəzən aylarla növbələr olur. Özəl tibb müəssissələrinin isə bəzilərində dəhlizlər bomboşdur.   Sfe...

Ərdoğandan Tuska tarixi hədiyyə - FOTOLAR

Prezident Rəcəb Tayyib Ərdoğan Polşanın Baş naziri Donald Tusk Türkiyədə rəsmi səfərdədir.   Sfera.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib...

Dünyanın ən tüklü üzünə sahib olmaqla Ginnesin Rekordlar Kitabına düşdü

Güzgüyə baxdığınız zaman, demək olar ki, bütün üzünüzün tüklərlə örtüldüyünü təsəvvür edin. Bunu görənlər əvvəlcə təəccüblənir, sonra maraqla sizə suallar verir...

Bir litr pivədən ucuz qiymətə otel icarəyə götürən adam içəridə gördüklərindən şoka düşüb

Nyukasldan olan 27 yaşlı Körtis Mitçel Cons uzun müddət ucuz bir tətil axtarıb. O, bir litr pivədən ucuz qiymətə otel otağı tapınca şoka düşüb.   Sfera...

Şakiranın pərəstişkarına hədiyyə etdiyi “Lamborghini” qəzaya uğradı - FOTOLAR

Müğənni Şakiranın pərəstişkarına hədiyyə etdiyi 2022 “Lamborghini Urus” qəzaya uğrayıb və təmirə ehtiyacı var.   Sfera.az bildirir ki, &l...

Leyla Əliyeva İsmayıllı rayonundan paylaşım etdi - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva İsmayıllı rayonuna səfər edib.   Sfera....