Rusiyanın hərbi karvanı istiqamət dəyişib - Peyk görüntüləri gizləndikləri yeri aşkarladı

Rusiyanın hərbi karvanı istiqamət dəyişib - Peyk görüntüləri gizləndikləri yeri aşkarladı
Rusiyanın Kiyevə doğru hərəkət edən 67 kilometrlik hərbi karvanı dağıdılıb.
 
Sfera.az bildirir ki, bununla bağlı ABŞ-da yerləşən peyk təsvirləri şirkəti "Maxar” görüntülər yayıb. Görüntülərdə rus karvanının dağılandan sonra şəhərə yaxın əraziyə yenidən yerləşdiyi görülüb.

CNN-in xəbərinə əsasən, dünən yerli vaxtla saat 11:37-də çəkilmiş peyk görüntüləri karvanın bəzi elementlərinin Ukraynanın Lubyanka yaxınlığındakı meşələrə və ağaclıq ərazilərə "köçürüldüyünü” göstərib.

Eyni zamanda Lubyanka yaxınlığında, Antonov Hərbi Hava Bazasından təxminən 5 kilometr şimal-qərbdə, seyrək meşəlik ərazilərdə Rusiya ordusunun maşın və silahlarının gizləndiyini müşahidə olunub. Görüntülərdə aviasiya bazasından 16 kilometr qərbdə yerləşən Berestyankada ağacların yaxınlığındakı ərazidə bir sıra yanacaq daşıyan maşınlar və çoxsaylı reaktiv yaylım atəşi sisteminin olduğu da əks olunub.

Digər tərəfdən, ABŞ prezidenti Co Bayden bu gün saat 18:15-də Rusiyaya qarşı yeni sanksiyaları açıqlayacağını deyib. "Reuters” xəbər agentliyinin məlumatına görə, Bayden bu gün Rusiya ilə normal ticarət əlaqələrinə son qoymağa çağıracaq.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

“Siemens” direktorunun ailəsi ilə birlikdə helikopterin qəzaya uğramasının səbəbi açıqlandı - FOTOLAR

ABŞ-da “Siemens” şirkətinin rəhbərinin ailəsinin olduğu helikopter qəzaya uğrayıb   Sfera.az xəbər verir ki, “Siemens” şirkət...

Yaşar Gülər Azərbaycandan danışdı

Türkiyənin müdafiə sənayesi məhsulları Azərbaycanda ortaq layihələrin bir hissəsinə çevrilib.   Sfera.az xəbər verir ki, bunu Türkiyənin milli m...

Papanın dəfn mərasimində geyim qaydalarını pozdular - FOTOLAR

ABŞ Prezidenti Donald Tramp, ukraynalı həmkarı Volodimir Zelenski və Amerikanın sabiq prezidenti Co Bayden Vatikanda Papanın dəfn mərasimində geyim qaydalarını ...

CIA Hitleri ölümündən 10 il sonra Cənubi Amerikada axtarıb

Sovet qoşunları 30 aprel 1945-ci ildə Berlinin mərkəzinə doğru irəliləyərkən Hitler və onun bir gün əvvəl evləndiyi çoxdankı sevgilisi Eva Braun tutulmamaq üçün...

Sumqayıtda 64 yaşlı kişinin meyiti tapıldı

Sumqayıtda 64 yaşlı kişinin meyiti tapılıb.   Sfera.az xəbər verir ki, hadisə şəhərin 13-cü mikrorayonunda qeydə alınıb.   1961-ci il təvə...

İranda fövqəladə vəziyyət elan edildi - 8 ölü, 750 yaralı, 6 itkin + VİDEO

İranın Bəndər Abbas şəhərində yerləşən Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində xəsarət alanların sayı 516 nəfərə yüksəlib.   Sfera.az xəb...