8 saat oturaraq işləməyin "ölümcül" təsirləri

8 saat oturaraq işləməyin
Gündə 8 saatdan çox işləməyin səbəb olduğu yüksək ölüm riskini aradan qaldırmağın yolu yeriməkdən keçir. 13 fərqli araşdırmanın nəticəsinə görə, oturmağın zərərlərini yox etmək üçün orta səviyyədə idman və ən azı 1 saat yerimək lazımdır. 
 
 
Sfera.az xəbər verir ki, ABŞ, Qərbi Avropa və Avstraliyada aparılan 45 yaşdan yuxarı bir milyondan çox insanın iştirak etdiyi 13 fərqli araşdırmanı təhlil edən mütəxəssislər 60-70 dəqiqə davam edən fiziki fəaliyyətlərin 8 saatdan çox oturmağın səbəb olduğu yüksək ölüm risqinin qarşısını aldığını ifadə edib. 

Araşdırmanı aparan heyətdə olan Norveçdəki Sogn&Fjordane universitetində çalışan Lars Bo Andersen uzun müddət oturmağın insulin səviyyəsini yüksəltdiyi və metobolizmanı yavaşlatdığı üçün diabet və ürək xəstəlikləri başda olmaqla bir çox narahatlıq riskini artırdığını ifadə edib. 

Andersen televiziya qarşısında oturmağın ofisdə oturaraq işləməkdən daha təhlükəli ola biləcəyinə diqqət çəkərək "bir çox insan sadəcə televizor izləmir eyni zamanda yağlı qidalar da yeyir”, - deyib. 

Bütün gün idman etmədən oturmağın piylənmə və siqaret qədər təhlükəli olduğu təsdiqlənib. Bütün gün oturaraq işləməkdən sonra evdə beş saat və ya daha uzun müddət televiziya qarşısında vaxt keçirməyin ortaya çıxardığı zərəri bir saatlıq hərəkətin belə aradan qaldıra bilməyəcəyi qeyd edilib. 

Daha əvvəl aparılan araşdırmalar uzun müddət oturmuğın ürək xəstəlikləri, xərçəng və erkən ölüm riskini artırdığını məlum edib. 

Araşdırmanın nəticələri "Lancet” jurnalında yayımlanıb.
 
İnter.az //

OXŞAR XƏBƏRLƏR