Elə şərhlər yazıblar ki… - “Putinin qızı” İnstaqram hesabını sildi

Elə şərhlər yazıblar ki… - “Putinin qızı”  İnstaqram hesabını sildi
Vladimir Putinin qızı olduğu iddia edilən Luiza Krivonoqix Rusiyanın Ukraynaya müdaxiləsindən sonra kəskin tənqidlərə məruz qalıb.
 
Sfera.az xəbər verir ki, Luiza Krivonoqix təhdidlərdən sonra İnstaqram hesabını silib.
 
İnstaqramda 84 min izləyicisi olan Luiza Krivonoqix keçən ay "atası” rus əsgərlərinə hücum əmri verdikdən sonra sosial şəbəkələrdə şiddətli reaksiya ilə üzləşib.
 
Putinin məşuqəsi olduğu deyilən 46 yaşlı Svetlana Krivonoqixin qızı Luiza öz hesabında "Siçan kimi sığınacaqda oturursan?", "Şeytanın qızıdır” kimi ifadələrə məruz qalıb. 
 
Luizanın fotolarına şərh yazan bəzi istifadəçilər ondan Putinə Ukraynada axan qanı dayandırmasını söyləməyi xahiş ediblər. Putin və Svetlana heç vaxt Luizanın atası ilə bağlı iddia edilən münasibətləri və ya şayiələrə şərh verməyiblər. 
 
Qeyd edək ki, Luizanın 2019-cu ildə Rusiya mediası tərəfindən Putinin qızı olduğu iddia edilib.
 
Əzizə Zeynal 
Sfera.az


OXŞAR XƏBƏRLƏR