Rubl dəyərsizləşir – Məzənnədə tarixi minimum qeydə alındı

Rubl dəyərsizləşir – Məzənnədə tarixi minimum qeydə alındı
Rusiya rublunun məzənnəsində bu gün növbəti antirekord qeydə alınıb. 

Sfera.az xəbər verir ki, birjalar açılandan az sonra dollar/rubl məzənnəsi 28 faizdən çox yüksələrək 135 həddini ötüb. 

Ötən həftənin cümə günü məzənnə 105 idi və Ukrayna-Rusiya müharibəsi başlayandan bəri cəmi 34,6 faiz yüksəlmişdi. Bu gün səhər qeydə alınan göstərici günün sonuna qədər dəyişməsə, o halda, müharibə başlayandan sonra məzənnədəki yüksəliş 73 faizi ötəcək. 

Qeyd edək ki,  bir dolların 135 rubl olması rəsmi məzənnədir. Kommersiya banklarında olan məzənnə isə 140-ı ötür. 

Rublun qısa müddətdə bu dərəcədə dəyər itirməsi Rusiyada yüksək inflyasiyanın baş verməsinə səbəb olmaqla, əhalinin sosial-iqtisadi vəziyyətinin ağırlaşması ilə nəticələnəcək. Bu vəziyyətdə Rusiyanın idxalında ciddi azalma gözlənilir. 

İdxalın azalması isə Rusiyaya mal satan ölkələrin, o cümlədən Azərbaycanın ixracına mənfi təsir edəcək. Böyük ehtimalla qarşıdakı aylarda Azərbaycandan Rusiyaya qeyri-neft mallarının ixracında artım tempinin zəifləməsini, hətta bir qədər sonra ixrac həcmlərinin azalmasının şahidi olacağıq. 

Vasif

OXŞAR XƏBƏRLƏR