Polkovnikin qəzada ölən oğlu 150 sürətlə “kruq”a girib - Faciənin təfərrüatı

Polkovnikin qəzada ölən oğlu 150 sürətlə “kruq”a girib - Faciənin təfərrüatı

Xəbər verdiyimiz kimi, Lənkəranın keçmiş rəisi, polis polkovniki Möhübbət Hüseynovun oğlu Anar Hüseynov dünən axşam faciəvi şəkildə həlak olub. O, saat 19 radələrində İmişli rayonunun Allahmədətli kəndində idarə etdiyi "Range Rover”i aşırıb. Xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.

 

Sfera.az "Qafqazinfo”nun əldə etdiyi məlumata istinadən xəbər verir ki, mərhumun cənazəsi Bakıya gətirilib, bu gün dəfn ediləcək. 

 

Anar Hüseynov evli olub, Vergilər Nazirliyinin əməkdaşı imiş. 

 

Qeyd edək ki, "Qafqazinfo" dünən gecə baş verən məlum faciə ilə bağlı daha bir necə maraqlı detal əldə edib. Belə ki, hadisənin baş verməsinə səbəb yüksək sürət olub. Anar Hüseynov avtomobili yüksək sürətlə idarə edib və 90 dərəcəli bucaq altında olan dairəyə 150 sürətlə daxil olub. Avtomobil dairədə idarəetmədən çıxıb və aşaraq 100 metr kənara yuvarlanıb. Tam istifadəsiz vəziyyətə düşən "Range Rover”dən sürücünü ölümcül halda çıxarıb xəstəxanaya çatdırsalar da, həyatını xilas etmək mümkün olmayıb. O da məlum olub ki, Anar Hüseynovun atası, Azərbaycanda uzun illər polis rəisi vəzifəsində çalışan Möhübbət Hüseynov hazırda xaricdədir və ölkəyə bu gün dönüşü gözlənilir. 



OXŞAR XƏBƏRLƏR

Əli Əsədov Pakistanın neft naziri ilə görüşdü

Azərbaycanın Baş naziri Əli Əsədov Pakistanın neft naziri Əli Pervaiz Maliklə görüşüb.   Bu barədə Sfera.az-a Nazirlər Kabinetindən məlumat verilib. ...

Oyuncaq silahla qorxu yaradan sürücü həbs edildi

Sosial şəbəkədə paytaxtda avtomobildən oyuncaq silaha bənzər əşya nümayiş etdirilərək təşviş yaradılması ilə bağlı yayılan görüntülər polis tərəfindən araşdırıl...

Vilayət Eyvazov rəislərə bu məsələlərlə bağlı tapşırıqlar verdi - VİDEO

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iyunun 1-də və 2-də Bərdə Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.   Sfera.az xəb...

Bakıda uşaq meydançasından uşaq oğurlanıb? - VİDEO

Sosial şəbəkədə Yasamal rayonu ərazisində uşaq meydançasından uşaq oğurlamağa cəhd edilməsi ilə bağlı iddialar yayılıb.   Sfera.az xəbər verir k...

Özgəsinin sənədi ilə sərhədimizdən keçmək istədi...

Özgəsinə məxsus sənədlə dövlət sərhədindən keçməyə cəhd göstərən şəxs saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin ...

Mayda ən yüksək temperatur bu rayonda QEYDƏ ALINIB

2025-ci ilin may ayında Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim norması ilə müqayisədə 26 gün normadan yuxarı (0.2-6 dərəcə) olub. Bu barəd...