Qızılın qramının qiyməti 63 dolları ötdü

Qızılın qramının qiyməti 63 dolları ötdü
Qızılın qiymətində artım Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra bir qədər də güclənib.
 
Sfera.az xəbər verir ki, bu ilin yanvarın sonunda bir qramı 57,5 dollar olan xalis qızılın dəyəri bu gün 63,5 dollara çatıb. Ötən qısa müddətdə xalis qızılın qramı 6 dollar və ya 10,43 faiz artıb.

Xatırladaq ki, xalis qızılın qiyməti ən yüksək səviyyəyə 2020-ci ilin iyun-iyulunda yüksəlib. Həmin dövrdə qızılın bir qramı 65,2 dollar idi. Proqnozlaşdırılır ki, müharibə davam edərsə qızıla tələb artacaq və qiymət 12 il əvvəlki həddi də keçəcək.

Sanksiyalar səbəbindən Rusiya ABŞ dolları, avro və funt sterlinqlə əməliyyat apara bilmir. Buna görə də Rusiya həm ödənişlərini həyata keçirmək, həm də alacaqlarını əldə etmək üçün qızıldan daha çox istifadə edəcək. Bu vəziyyətdə qızıla tələb bir qədər də artacaq.

Qızılın bahalaşması Azərbaycan üçün əlverişlidir. Çünki Dövlət Neft Fondunun aktivlərinin bir hissəsi xalis qızılda saxlanılır. Hazırda Fondun 101,8 ton qızılı var. Bu qədər qızılın qiyməti bir ay əvvəl 5,84 milyard dollar olduğu halda, indi 6,5 milyard dollara yaxındır.

Vasif
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Bakıda sürücünü döyən şəxslər həbs edildi

Bakıda sürücünü döyüb, avtomobilə ziyan vuran şəxslər həbs edilib.   Sfera.az xəbər verir ki, paytaxtın Binəqədi rayonu Binəqədi qəsəbəsi ərazisində ...

Vnın ölüm şəkli yayımlandı- ŞOK GÖRÜNTÜ

Dünya çempionu, futbol tarixinin ən istedadlı oyunçularından biri Dieqo Armando Maradonanın ölümü ilə bağlı iddianı araşdıran məhkəmə işinə başlayıb.   ...

MN-dəki 2 milyonluq iş: vəzifəli şəxsə hökm oxundu

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanmış cinayət işi üzrə Müdafiə Nazirliyinin tabeliyində olan müxtəlif hərbi hissələrdə maliyyə xidməti rəisi işləmiş ...

Pakistanda girov götürülən qatarda 50 nəfər öldürüldü

Pakistanda girov götürülən qatarda 50 nəfər öldürülüb.   Sfera.az xəbər verir ki, bu barədə "Reuters məlumat yayıb.   ...

"Oleq Bakinski"nin məhkəməsində tanınmış idmançının ifadəsi səsləndirildi

Kriminal aləmdə "Oleq Bakinski" kimi tanınan ukraynalı Oleq Krapivin və onunla birgə ittiham olunan Konstantin Kuçerin cinayət işi üzrə növbəti məhkəm...

Qarnı ağrıyan 4 yaşlı uşağın bağırsağından görün nələr çıxdı - FOTO

Türkiyədə qarın ağrısı şikayəti ilə xəstəxanaya aparılan 4 yaşlı Rumeysa Altundağın mədə və bağırsaqlarından 24 ədəd oyuncaq maqnit çıxarılıb.   Sfer...