Neftin bahalaşması Neft Fondunun gəlirlərini kəskin artırıb – RƏQƏMLƏR

Neftin bahalaşması Neft Fondunun gəlirlərini kəskin artırıb – RƏQƏMLƏR
2022-ci ilin ilk 2 ayının məlumatına görə, Azərbaycanın "Azəri-Çıraq-Günəşli” (AÇG) və "Şahdəniz” üzrə gəlirləri kəskin şəkildə artıb. 

Sfera.az Azərbaycan Respublikası Dövlət Neft Fonduna (ARDNF) istinadən xəbər verir ki, ilin əvvəlindən martın 1-nə kimi AÇG yatağı üzrə əldə olunan gəlirlər 1,307 milyard dollar təşkil edib. 

Ötən ilin eyni dövrü ilə müqayisədə bu il AÇG üzrə gəlirlər 2,27 dəfədən çox artıb. 2021-ci ilin yanvar və fevral ayları üzrə cəmi gəlirlər 574,5 milyon dollar idi. 

Bu il gəlirlərin kəskin artması neft qiymətlərinin xeyli yüksəlməsi ilə bağlıdır. 

İlk 2 aydakı gəlirləri də nəzərə alınarsa, 2001-ci ildən etibarən ARDNF-in əldə etdiyi ümumi gəlirlərin məbləği 156,68 milyard dollara yüksəlib.

"Şahdəniz” yatağı üzrə qazın və kondensatın satışından əldə olunan iki aylıq gəlirlər isə 227,557 milyon dollar olub. Qaz yatağından əldə edilən gəlirlər əvvəlki ilin eyni dövrü ilə müqayisədə 65 dəfə artıb.

Yatağın işləndiyi 2007-ci ildən bəri ümumi gəlirlər 4,78 milyard dollara çatıb.

Vasif

OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...