“Hamı maaş və pensiyasını alacaq” - Ukraynanın maliyyə naziri

İqtisadiyyat
17:13 / 28.02.2022
1754
"Ukraynada bütün vətəndaşlar pensiya, maaş və sosial müavinətləri vaxtında alacaq”.
Sfera.az UNİAN-a istinadən xəbər verir ki, bu haqda açıqlamanı Ukraynanın maliyyə naziri Sergey Marçenko bildirib. O qeyd edib ki, mövcud vəziyyət ölkənin maliyyə sabitliyinə və büdcəsinə təhlükə törətmir.
"Maliyyə Nazirliyi və nazirliyin tabeliyində olan qurumlar (xəzinədarlıq, vergilər, gömrük, audit xidməti) müharibə rejimində fəaliyyət göstərir. İndi biz həftənin 7 günü, 24 saat işləyirik. Dövlətin bütün ehtiyacları təmin edilir. Maliyyə sabitliyi və büdcə təhlükə altında deyil”.
Vasif
Sfera.az