“Ruslar hər yerdə tankla gəzir, səfirliklə əlaqə saxlaya bilmirik…” – Ukraynada yaşayan azərbaycanlı ilə MÜSAHİBƏ

“Ruslar hər yerdə tankla gəzir, səfirliklə əlaqə saxlaya bilmirik…” – Ukraynada yaşayan azərbaycanlı ilə MÜSAHİBƏ
Ukraynanın Xorkov şəhərində yaşayan həmyerlimiz Jalə Salahlı Ukraynadakı son durumla bağlı Sfera.az-ın suallarını cavablandırıb.
 
Qeyd edək ki, müsahibimiz tələbədir və 8 ildir ki, Ukrayada yaşayır.

- Jalə xanım, hazırda olduğunuz şəhərdə vəziyyət necədir? Təxliyə ilə bağlı müraciət etmisinizmi?

- Ukraynadan çıxmağı düşünmürdüm, lakin ailəm çox narahatdır. Buna görə də bir müddətlik Azərbaycana qayıtmağı planlaşdırıram. Burada tanıdığım azərbaycanlılar da mənim kimi düşünür. Oturub gözləyirik ki, Azərbaycan Səfirliyi nə edəcək. Onların əlaqə nömrəsinə düşmək mümkün deyil. WhatsApp vasitəsilə məlumatlar göndərmişik. Hazırda burada vəziyyət çox pisdir, marketlər belə bağlıdır.
 
- Bildirilir ki, Ukraynada yaralanan azərbaycanlılar var, bu barədə məlumatlısınız? Olduğunuz şəhərdə azərbaycanlı çoxdurmu?

- Küçəyə çıxmamışam və çıxmaq da istəmirəm. Bizə bildirirlər ki, quru yolla Moldovaya keçək, lakin bu mümkün deyil. Ruslar hər yerdə tankla gəzir, onlar canidir. Rus tankları küçələrdə maşınların üzərinə çıxıb onları əzir, belə olan halda Moldovaya da getmək olmaz. Xorkovda  yaşayan azərbaycanlıların sayı çoxdur.
 
- Sığınacağa müraciət etmisiniz? Təhlükəsizliyinizin təminatı nə yerdədir?
 
- Burada sığınacaqlar yoxdur. İnsanlar binaların zirzəmilərinə metrolara yığışır. Mən isə evimi tərk etmirəm. 
 
Əzizə Zeynal
 
 
 
 

OXŞAR XƏBƏRLƏR