Könül Nurullayeva Nizami rayonundakı məktəblərə baş çəkdi - FOTOLAR

Könül Nurullayeva Nizami rayonundakı məktəblərə baş çəkdi - FOTOLAR
Mili Məclisin deputatı Könül Nurullayeva təmsil etdiyi Nizami rayonunda yerləşən 214 saylı tam orta məktəbə və 220 saylı məktəb-liseyə baş çəkib, direktorları Fəttah Fettayev və Lətifə Əzizova ilə görüş keçirib.

Belə ki, 214 saylı tam orta məktəbi ziyarəti çərçivəsində deputat Könül Nurullayeva direktor Fəttah Fettayev ilə birgə məktəbdə yaradılmış təhsil şəraitindən, tədris ocağının iştirak etdiyi pilot layihələrdən, eləcə də təhsilin idarəedilməsi və tərbiyəvi işlərin aparılması ilə bağlı görülən işlərdən bəhs ediblər. Direktor bildirib ki, 1963-cü ildə yaradılan məktəbi bitirən gənclərin böyük əksəriyyəti ali məktəblərə qəbul imtahanlarında hər zaman yüksək bal toplayıb, eyni zamanda təhsil ocağı 2008-2009-cu tədris ilində ölkə üzrə "İlin ən yaxşı məktəbi” adına layiq görülüb.

Millət vəkili Könül Nurullayevanın 220 saylı məktəb-liseyi ziyarəti çərçivəsində isə direktor Lətifə Əzizova rəhbərlik etdiyi tədris ocağının rayonumuzda öz ənənələri və uğurları ilə tanınan ən qabaqcıl təhsil ocaqlarından biri olduğundan söz açıb. Vurğulayıb ki, məktəb-liseyin əsas vəzifəsi şagirdlərə elmin əsaslarını yüksək səviyyədə öyrətmək, milli mənəviyyatlı şəxsiyyətin yetişdirilməsinə xidmət etmək, eləcə də müstəqil Azərbaycanın inkişafı naminə fədakarlıqla çalışan ləyaqətli vətəndaş tərbiyə etməkdir.

K.Nurullayeva isə öz növbəsində 214 saylı tam orta məktəbin və 220 saylı məktəb-liseyin rəhbərliyinə, o cümlədən müəllim heyətinə məsuliyyətli fəaliyyətlərində bol-bol nailiyyətlər arzu edib.

OXŞAR XƏBƏRLƏR

Hərbi prokuror bayram günləri sərhədlərdə - FOTO

Baş prokurorun müavini - hərbi prokuror ədliyyə polkovniki Bəhruz Əhmədov müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-polkovnik Hikmət Mirzəye...

Özbəkistan prezidenti Azərbaycana gəlir

Özbəkistan Prezidenti Şövkət Mirziyayev Azərbaycana səfərə gəlir.   Sfera.az istinadən xəbər verir ki, o, səfər çərçivəsində İslam Əməkdaşlıq Təşkila...

Rus Mədəniyyət Mərkəzi qanuna əməl etmir? - VİDEO

Bakıda fəaliyyət göstərən Rus Mədəniyyət Mərkəzi qanunun tələblərini pozur.   Sfera.az xəbər verir ki, bu barədə “Baku TV” süjet hazırlay...

Yeni virusun əlamətləri nələrdir?

Son günlər uşaqlar arasında parvovirus infeksiyasının yayılması müşahidə edilir.   Sfera.az xəbər verir ki, valideynlərin verdiyi məlumata görə, bu v...

Aİ rəsmisi Rusiyada azərbaycanlılara qarşı zorakılıqla bağlı paylaşım etdi - FOTO

"Rusiyanın təhlükəsizlik qüvvələri tərəfindən etnik azərbaycanlılara qarşı həyata keçirilən zorakılıq, işgəncə və qeyri-insani rəftar, hətta ölümlə nəticəl...

Azərbaycan və Ukrayna arasında məsləhətləşmələr aparıldı

Bakıda Azərbaycanın və Ukraynanın xarici işlər nazirlikləri arasında sayca yeddinci konsulluq məsləhətləşmələri keçirilib.   Bu barədə Sfera.az-a Azə...