Nazir direktorların görüntülərindən danışdı: "Bu videoların yayılması..."

Nazir direktorların görüntülərindən danışdı:
"Fikrimcə, məsələ göstərildiyi qədər faciəvi deyil. Azərbaycan məktəblərinə bir milyon altı yüz min şagird gedir. 30 min şagirdimiz olimpiadada iştirak etdi. O mənada orta məktəb direktorlarının fəaliyyəti qanunvericiliklə tənzimlənir. Həmin videolarda bu və ya digər formada baxsanız, araşdırsanız, görərsiniz ki, nöqsanlara yol vermiş direktorların hər biri işdən azad olunub”.

Sfera.az xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev son günlər orta məktəb direktorları ilə bağlı yayılan videolara münasibət bildirərkən deyib.

Nazir bildirib ki, bu videoların yayılması faydalıdır:

"Çünki ictimai nəzarətin bir forması da məhz bu videolardır. Mənim problemin videoların paylaşlmasında deyil, istəyirəm, məni düz başa düşəsiniz. Mənim problemim bu videolar əsasında müəyyən mənada ümumiləşdirmə və qeyri-düzgün təhlil aparılmasıdır.

Onunla razı deyiləm, amma təbii ki, bu videolar varsa, onları bizə də göndərməkdə fayda var. Mənim gördüyüm odur ki, burada məqsəd nədir? Bu, önəmli sualdır. Bizim nazirlik olaraq məqsədimiz, təbii ki, təhsilin keyfiyyətini artırmaq, davranışı düzəltməkdir. Amma eyni zamanda, başa düşmək lazımdır ki, hər gün 4 milyondan artıq sistemə gələn insanların arasında iki adam bir-birinə təhqiramiz söz deyibsə, bununla Təhsil Nazirliyini ölkənin gündəminə çevirmək bir o qədər məntiqli və ağıllı bir şey deyil”.


OXŞAR XƏBƏRLƏR

Dünyanın ən xoşbəxt ölkələri - İlk sıra dəyişməz qalıb

Dünyanın ən xoşbəxt ölkələrinin adları və reytinqi açıqlanıb.  Sfera.az bu barədə 2025-ci il Dünya Yaşam Məmnuniyyəti Hesabatına (World Happiness Repo...

Sərnişin avtobusu qəzaya uğradı: ölənlər var

Türkiyədə sərnişin avtobusu ilə yük maşını toqquşub.   Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, qəza Çanaqqala-Ezine avtomobil yolun...

Onun atdığı addımlar Azərbaycanın taleyini dəyişdi – Millət vəkili

Bütün digər xalqlar kimi, Azərbaycan xalqı da özünün uzaq və yaxın tarixində taleyüklü problemlərlə, hətta bəzən bir xalq olaraq mövcudluğunun davam edib etmə...

ABŞ və Çin arasında ticarət danışıqları keçirilir

Çin və ABŞ rəsmiləri, uzun sürən tarif müharibəsindən sonra ilk dəfə üz-üzə danışıqlar aparmaq üçün İsveçrənin Cenevrə şəhərində görüşüblər. Görüş iki ölkə aras...

Ağıllı insanlar ən çox bu 2 BÜRCƏ aşiq olur

Dünyanın ən ağıllı insanlarının bürcləri illərdir maraq doğurduğu kimi, onların sevdiyi və aşiq olduğu bürclər də astroloqların diqqət mərkəzindədir.   ...

ABŞ-nin 30 ştatında qızılca yayılıb - Yüzlərlə yoluxan var

Birləşmiş Ştatlarda qızılcaya yoluxmuş insanların sayı min nəfəri ötüb.   Sfera.az Trend-ə istinadən xəbər verir ki, son statistikanı ABŞ-nin Xəstəli...