"Şakro Molodoy"dan “oğru”lara sensasion müraciət - Kriminal dünya birləşir?

Rusiyada həbsdə olan gürcü əsilli nüfuzlu "oğru” Zaxari Kalaşov (Şakro Molodoy) "oğru dünyası”na sensasion müraciət edib. 

Sfera.az  xəbər verir ki, "Şakro Molodoy" müraciətində kriminal avtoritetləri "oğru dünyası”ndakı münaqişələrə son qoymağa çağırıb. O bildirib ki, münaqişədə olan "oğru”lar arasında barışıq əldə olunmalı və problemlər sülh yolu ilə həll edilməlidir.

Zaxari Kalaşov qiyabi qərarlara da münasibət bildirib. O qeyd edib ki, qiyabi qərarlarda tələskənliyə yol verilib. Söhbət bəzi "oğru”ların iştirakı olmadan onlar haqqında çıxarılan qərarlardan gedir. 

"Oğru dünyası”ndakı parçalanmanın dərinləşməsi də məhz qiyabi qərarlar üzündən baş verib. Halbuki, "oğru qaydaları”na görə şəxsin iştirakı olmadan, onu dinləmədən barəsində hər hansı qərar çıxarmaq, hökm vermək qəbuledilməzdir. 

Son illər bu qayda arxa plana keçmişdi. Münaqişədə olan kriminal avtoritetlər bir-birləri haqqında qiyabi qərarlar çıxarır, bu qərarla münaqişə həbsxanalara daşınır, məhbuslar üz-üzə qoyulur və beləliklə kriminal dünyada parçalanma dərinləşirdi.

Təsadüfi deyil ki, "Şakro Molodoy" müraciətində "oğru dünyası”ndakı mövcud vəziyyəti kollaps adlandırıb.

Onun müraciətində mühüm məqamlardan biri də "oğru” titulu ilə bağlıdır. "Şakro Molodoy" hesab edir ki, birtərəfli qaydada, qohumluq əlaqələrinə və klançılıq prinsiplərinə əsasən "oğru” titulu alanların məsələsinə yenidən baxılmalıdır. "Oğru dünyası” Zaxari Kalaşovun bu fikrini dəstəkləsə, o zaman xeyli sayda kriminalitet "oğru” titulundan məhrum ola bilər. 

Məlumat üçün deyək ki, "oğru dünyası”ndakı parçalanma 2008-ci ildən başlayıb. İddialara görə, münaqişənin əsasını gürcü əsilli "oğru”lar Merab Canqveladze (Merab Suxumski) və Tariel Oniani (Taro) qoyub. Bu münaqişə Vyaçeslav İvankov (Yaponçik) və Aslan Usoyan (Ded Xasan) kimi nüfuzlu "oğru”ların belə öldürülməsi ilə nəticələnib. 
 
(qaynarinfo)

OXŞAR XƏBƏRLƏR

Fəhlənin faciəvi şəkildə öldüyü şirkət nöqsanları aradan qaldırmadı - CƏRİMƏLƏNDİ

Binəqədi rayonunda fəaliyyət göstərən metal məmulatlarının istehsalı şirkətindəki ölüm hadisəsinə görə aparılan araşdırmanın nəticəsi bilinib. Hadisənin baş ver...

Məktəbəhazırlıq təhsili məcburi olacaq? - RƏSMİ

“Məktəbəqədər təhsil haqqında” Qanuna əsasən, məktəbəhazırlıq 5 yaşlı uşaqlar üçün zəruri hesab edilir. Bu baxımdan məktəbəhazırlıq təhsilinin məcbu...

"Səs Azərbaycan"ın keçmiş üzvü ABŞ-də faciəli şəkildə vəfat etdi

Azərbaycanlı müğənni Albina Pyakşeva dünyasını dəyişib.   Sfera.az bildirir ki, bu barədə Bakı Caz Festivalının direktoru Leyla Əfəndiyeva "Face...

Kanalda batan yeniyetmənin meyiti iki gün sonra tapıldı

Beyləqanda iki gün əvvəl kanalda batan 14 yaşlı şəxsin meyiti tapılıb.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat ...

TƏBİB kater qəzasında xəsarət alanlarla bağlı açıqlama yaydı

TƏBİB Mingəçevirdə Kür çayında iki katerin toqquşması nəticəsində xəsarət alanlarla bağlı məlumat yayıb.   Qurumdan Sfera.az-a bildirilib ki, bu gün ...

FHN bu bazarı bağladı- VİDEO

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zə...