Şəmkir sakinində narkotik və “Kalaşnikov” aşkarlandı - FOTOLAR

Şəmkir sakinində narkotik və “Kalaşnikov” aşkarlandı - FOTOLAR
Şəmkir sakinində narkotik və "Kalaşnikov” aşkarlanıb.

Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini Valeh Zamanov saxlanılıb.

Onun üzərinə baxış keçirilən zaman narkotik maddə olan heroin aşkar edilərək götürülüb.

Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində V. Zamanovun rayon ərazisində gizlətdiyi, 1 ədəd istifadəyə yararlı "Kalaşnikov” markalı avtomat, 1 ədəd həmin avtomata məxsus daraq və 59 ədəd 5.45 mm-lik avtomat patronu aşkar edilərək götürülüb.

Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktla bağlı araşdırmalar davam etdirilir.

OXŞAR XƏBƏRLƏR

"Səs Azərbaycan"ın keçmiş üzvü ABŞ-də faciəli şəkildə vəfat etdi

Azərbaycanlı müğənni Albina Pyakşeva dünyasını dəyişib.   Sfera.az bildirir ki, bu barədə Bakı Caz Festivalının direktoru Leyla Əfəndiyeva "Face...

Kanalda batan yeniyetmənin meyiti iki gün sonra tapıldı

Beyləqanda iki gün əvvəl kanalda batan 14 yaşlı şəxsin meyiti tapılıb.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat ...

TƏBİB kater qəzasında xəsarət alanlarla bağlı açıqlama yaydı

TƏBİB Mingəçevirdə Kür çayında iki katerin toqquşması nəticəsində xəsarət alanlarla bağlı məlumat yayıb.   Qurumdan Sfera.az-a bildirilib ki, bu gün ...

FHN bu bazarı bağladı- VİDEO

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zə...

"Dedilər ki, Azərbaycana səfər təhlükəli ola bilər"

İran Prezidenti Məsud Pezeşkian Azərbaycandan qayıtdıqdan sonra hökumət nümayəndələri və jurnalistlər qarşısında çıxış edib.   Sfera.az xəbər verir k...

Bu BÜRCLƏRİN əlinə tezliklə çoxlu pul gələcək

Bürcün bəzi əlamətləri yaxın gələcəkdə maliyyə vəziyyətində əhəmiyyətli yaxşılaşma gözləyə bilər.    Sfera.az-ın məlumatına görə, bəziləri üçün ...