Bakıda narkotikin təsiri altında avtomobil idarə edən taksi sürücüsü saxlanıldı

Bakıda narkotikin təsiri altında avtomobil idarə edən taksi sürücüsü saxlanıldı
Bakıda narkotikin təsiri altında avtomobil idarə edən taksi sürücüsü saxlanılıb.

Bu barədə Sfera.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli məlumat verib.

O bildirib ki, fevralın 2-də paytaxtın Xətai prospektində "Toyota Prius” markalı 77-BM-850 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Həsənov Ümid Saleh oğlu narkotik və psixotrop maddələrin təsiri altında avtomobil idarə etdiyi üçün saxlanılıb.

Nəsimi rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları onu həmin halda taksi fəaliyyəti ilə məşğul olduğu halda aşkarlayıb.

Ü.Həsənov barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci (Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə) maddəsilə protokol tərtib olunub. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə o, bir illik sürücülük hüququndan məhrum edilib.

"Sərnişinlərdən xahiş edirik, sürücünün normal vəziyyətdə avtomobil idarə edə bilmədiyini və onun adekvat hərəkətlər etmədiyini gördükdə mütləq qaydada polisə məlumat versinlər. Hər hansı şəxsin belə anlaqsız vəziyyətdə avtomobil idarə etməsi həm sərnişinlərin, həm də digər insanların həyatı üçün olduqca təhlükəlidir. Bir daha vətəndaşlardan bu kimi hallara xüsusilə məsuliyyət hissi ilə yanaşmağı xahiş edir və sürücüləri sərxoş halda avtomobil idarə etməkdən çəkinməyə çağırırıq", - o vurğulayıb.

OXŞAR XƏBƏRLƏR

"Səs Azərbaycan"ın keçmiş üzvü ABŞ-də faciəli şəkildə vəfat etdi

Azərbaycanlı müğənni Albina Pyakşeva dünyasını dəyişib.   Sfera.az bildirir ki, bu barədə Bakı Caz Festivalının direktoru Leyla Əfəndiyeva "Face...

Kanalda batan yeniyetmənin meyiti iki gün sonra tapıldı

Beyləqanda iki gün əvvəl kanalda batan 14 yaşlı şəxsin meyiti tapılıb.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat ...

TƏBİB kater qəzasında xəsarət alanlarla bağlı açıqlama yaydı

TƏBİB Mingəçevirdə Kür çayında iki katerin toqquşması nəticəsində xəsarət alanlarla bağlı məlumat yayıb.   Qurumdan Sfera.az-a bildirilib ki, bu gün ...

FHN bu bazarı bağladı- VİDEO

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zə...

"Dedilər ki, Azərbaycana səfər təhlükəli ola bilər"

İran Prezidenti Məsud Pezeşkian Azərbaycandan qayıtdıqdan sonra hökumət nümayəndələri və jurnalistlər qarşısında çıxış edib.   Sfera.az xəbər verir k...

Bu BÜRCLƏRİN əlinə tezliklə çoxlu pul gələcək

Bürcün bəzi əlamətləri yaxın gələcəkdə maliyyə vəziyyətində əhəmiyyətli yaxşılaşma gözləyə bilər.    Sfera.az-ın məlumatına görə, bəziləri üçün ...