Sabiq icra başçısı 4 il azadlıqdan məhrum edildi

Sabiq icra başçısı 4 il azadlıqdan məhrum edildi
Gəncə Ağır Cinayətlər Məhkəməsində Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinin sabiq başçısı Məharət Mustafayev, Gəncə Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin sabiq rəisi Əli Rüstəmov və Razin Qəhrəmanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Sfera.az xəbər verir ki, hakim Nural Əliyevin sədrliyi ilə keçirilən prosesdə müdafiə çıxışı edən vəkillər müvəkkilləri barəsində bəraət hökmü çıxarılmasını xahiş ediblər.

Məhərat Mustafayevin vəkili çıxışında hökm qəbul edərkən müvəkkilinin Gəncədə görülən işlərdə mühüm rolu olduğunu, həmçinin xəstəliyinin nəzərə alınmasını xahiş edib.

Təqsirləndirlilən şəxslər də son sözlərində məhkəmədən bəraət istəyiblər.

Prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslər- Məharət Musayev və Əli Rüstəmov 4 il azadlıqdan məhrum edilib. Cinayət işi üzrə təqsirli bilinərək barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilmiş Razin Qəhrəmanov isə 10 min manat cərimə edilib.

Qeyd edək ki, prokuror Məharət Mustafayev və Əli Məmmədova 6 il, Razin Qəhrəmanova isə 5 il həbs cəzası istəmişdi.

Xatırladaq ki, təqsirləndirilən şəxslər Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyatla həbs olunublar. Həmin şəxslər barəsində Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərini aşma), 178.3.2-ci (dələduzluq), 178.2.4, 178.2.2, 178.2.3-cü, 311.3.1-ci (rüşvət alma), 311.3.1, 311.3.2, 312.2-ci (rüşvət vermə), 314-cü (Qanunla müəyyən olunmuş qaydaları pozmaqla torpaq sahələri ayırma, yaxud tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə) maddələri ilə ittiham olunur.
 
(trend)

OXŞAR XƏBƏRLƏR

Bu türk ölkəsinin hərbçiləri Azərbaycanda... FOTO

Azərbaycan və Qazaxıstan Hərbi Hava Qüvvələri (HHQ) arasında keçiriləcək "Tərlan - 2025" birgə taktiki-uçuş təlimində iştirak etmək üçün Qazaxıstandan...

Serbiyada etiraz aksiyası: 107 nəfər saxlanıldı

Bu gün Serbiyanın Belqrad və Zrenyanin şəhərlərində icazəsiz etiraz aksiyaları keçirilib.   Sfera.az xəbər verir ki, bu barədə Serbiya Daxili İşlər N...

İrəvanda naməlum şəxs polis avtomobilini oğurlayaraq qaçıb

Ermənistanın paytaxtı İrəvanda naməlum şəxs polis avtomobilini oğurlayaraq qaçıb.   Sfera.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb...

Ərdoğandan Putinə Azərbaycanla bağlı mühüm mesajlar

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Azərbaycan-Rusiya gərginliyi ilə bağlı dedikləri Putinə ünvanlanıb. - Türkiyə baş verənləri yaxndan izləyir və ...

Fəhlənin faciəvi şəkildə öldüyü şirkət nöqsanları aradan qaldırmadı - CƏRİMƏLƏNDİ

Binəqədi rayonunda fəaliyyət göstərən metal məmulatlarının istehsalı şirkətindəki ölüm hadisəsinə görə aparılan araşdırmanın nəticəsi bilinib. Hadisənin baş ver...

Məktəbəhazırlıq təhsili məcburi olacaq? - RƏSMİ

“Məktəbəqədər təhsil haqqında” Qanuna əsasən, məktəbəhazırlıq 5 yaşlı uşaqlar üçün zəruri hesab edilir. Bu baxımdan məktəbəhazırlıq təhsilinin məcbu...