Məmmədov: Mehdiyev AMEA-nı öz ağlı ilə idarə edə bilmir

Məmmədov: Mehdiyev AMEA-nı öz ağlı ilə idarə edə bilmir
Azərbaycan Milli Elmlər Akademiyasının işlər idarəsinin sabiq müdiri, keçmiş deputat Elton Məmmədovun "Qafqazinfo”ya müsahibəsi:

- Elton müəllim, son günlər barənizdə xüsusi ittiham qaydasında məhkəməyə şikayət olunması ilə bağlı mətbuatda məlumat yayılıb. Bu barədə danışmağınızı istərdik.

- Bunlar ictimaiyyəti yanlış istiqamətə sürükləmək, AMEA-da olan dedi-qodunu artırmaq üçündür. Orada hazırda hüquq şöbəsinin rəisi olan Kamal Əliyev birbaşa şəxsi məsələləri ilə Akademiya fonunda ara qatmaq istəyir. Əgər akademiyanın nüfuzu qalıbsa ondan istifadə edib öz məsələlərini həll etmək istəyir. Yəni, orada yazır ki, bundan əvvəlki verdiyim müsahibədə guya mən onu təhqir etmişəm. Mən çoxdandır ictimaiyyətdə müzakirə edilən məsələyə toxunmuşam. Bəli, demişəm ki, belə adamların Tərtər hadisələrində müəyyən cinayət işlərində adları gedir. Bu ictimailəşmiş bir məsələdir, mən ictimailəşdirməmişəm. Mən də demokratik cəmiyyətin bir vətəndaşı kimi öz fikrimi söyləmişəm.

Bunlar birinci instansiyadakı məhkəməni uduzdular. Məhkəmə ədalətli olaraq məni öz vəzifəmə bərpa etmək haqqında qərar qəbul etdi. Bundan qıcıqlanan AMEA rəhbərliyi həm vaxt udmaq, həm də növbəti dəfə ara qarışdırmaq üçün həmin Kamal Əliyevə tapşırıq verərək, onun öz vəzifə səlahiyyətlərini aşaraq, vəzifəsindən sui-istifadə edərək, orada oturduğu kabinet dövlətin, kompüter dövlətin, istifadə etdiyi hər şey dövlətin olmasına baxmayaraq şəxsi maraqlara yönəldilib.

- AMEA-da dedi-qodu dediniz, bunun səbəbi nədir?

- AMEA-da heç vaxt bu qədər dedi-qodu olmayıb. Hərə öz işini bilib, öz işi ilə məşğul olub. Dedi-qodu iş olmayan yerdə olur. Aidiyyəti üzrə vəzifə səlahiyyətlərini icra etməyən və etmək istəməyənlər və yaxud o sahədə bilgiləri olmayan adamlar belə dedi-qodu yaradırlar.

- Son günlər AMEA-da baş verənlər geniş müzakirə olunur, bu barədə də fikirlərinizi bilmək istərdik.

- Mən yenə deyirəm, Ramiz Mehdiyevin idarəetmə sistemi bu gün AMEA-nın tam məhvinə yönəldilib. Sistem deqradasiyaya
uğrayıb. Artıq mən bir azərbaycanlı kimi, bir vətəndaş cəmiyyətinin üzvü kimi bundan narahatam. Ona görə arzu edirəm ki, AMEA dövlətimizin adına, dövlətdə gedən inkişafa uyğun, dövlətin inkişafının tərkib hissəsində ehtiyac duyulan sahələrə elmi yeniliklər, innovativ düşüncələr gətirən bir elm ocağı olsun. Adı və kollektivi böyük, amma faydalı iş əmsalı ortaya qoyulacaq, dövlətimiz və xalqımız adından dünya elminə inteqrasiyası sıfıra bərabərdir. Ölkə rəhbərinin apardığı uğurlu siyasətdə, ölkə rəhbərinin müəyyənləşdirdiyi ölkənin inkişafı ilə bağlı prioritet məsələlərdə bu gün elmin kompenent olaraq heç bir faydası yoxdur, görünmür. Pandemiya dövründə də özünü göstərdi ki, bu qədər institutlarımız var, heç biri konkret bir təklif və elmi yanaşma ortaya qoya bilmədi. Heç olmasa dünyada gedən proseslərə Azərbaycan elmi də inteqrasiya etsin. Ən azı keçmiş postsovet məkanı dövlətlərinin arasında ölkəmizin də adı çəkilsin. Bütün bunlar elm adamı kimi məni narahat edir.

- Bəs məhkəmə ilə bağlı nə demək istərdiz?

- Mən heç kəsi məhkəməyə verməmişəm. Sadəcə olaraq mənə olan təzyiqdən, mənə olan əmək məcəlləsinə zidd qanun pozuntularından narahatam. Ölkə rəhbərinin adından istifadə etdilər, hədə-qorxu gəldilər, mən araşdırandan sonra gördülər ki, elə deyil. Mən gördüyüm işləri davam etdirmək üçün müəyyən məsələləri araşdırdım, ona görə öz vəzifəmə dönmək istəyirəm. Bu da əmək məcəlləsinə zidd prossesual müddət bitəndən sonra mənə cavab verdi ki, bu əmək məcəlləsinə ziddir. Mən bu tələbləri məhkəmə qarşısında qoydum. Məni ondan sonrakı, ikinci mərhələyə Apellyasiya Məhkəməsinə verdilər. Mən Ramiz Mehdiyevi məhkəməyə verməmişəm. 

Ramiz Mehdiyev AMEA-nı öz ağlı ilə, öz düşüncəsi ilə idarə edə bilmir. Mən bunu yenə deyirəm, bundan çəkinmirəm. Elm qalıb bir qıraqda, dövlətin o sahəyə istiqamətlənmiş inkişafı ilə bağlı məsələlər qalıb kənarda, bu gün ancaq çəkişmələr olur. Hər gün səhərdən axşama qədər AMEA ilə bağlı məsələlər gündəmə gəlir. Nə qədər demokratikləşmə getsə də bu sahədə görünür ki, oranın əməkdaşları ağsaqqal, ağbirçək adamlardır bəlkə də abırlarından utanırlar. Ramiz Mehdiyev gələndən sonra sanki Prezident Administrasiyasında icra başçılarını yığıb iclas keçirir. Daha demir ki, elm sərbəst diskusiyanı xoşlayır. Fərqli fikirlər, mülahizələr var, bunların ümumiləşdirilmiş yanaşması var. Yanaşmadan sonra bunun elmi texnoloji transferi var. Bu texnoloji transferdə ölkə yeni texnologiya qazanmalıdır. Qeyri-neft sektoru inkişaf etməlidir. Neft sektorunun özü ilə bağlı bizim institutlarımız var. Elm qalıb bir qıraqda başqa işlərlə məşğul olurlar. Ölkə rəhbəri bizi qeyri-neft sektorunun inkişafına səsləyir. Gəlin o sahəyə alimlərin, akademiklərin, professorların patentləri var, onları sərgiləyək. Bunların içərisindən yeniliklər, texnologiya, iqtisadiyyatımızın dayanıqlılığını təmin etmək üçün yeni texnologiyalar gətirək. Ölkənin elmini istehsalata transfer edək. Biz bunu deyirik, bu isə fikirlərə tamamilə önəm vermir. Çünki, o sahədən Ramiz Mehdiyevin anlayışı yoxdur. Bunu mən dəfələrlə demişəm. 

Akademiyaya nə qədər cihaz, avadanlıqlar, qurğular alınıb. İşlədiyim qısa bir müddətdə invertarların reyestrini yaratmışam. Reyestr yaratmaqda məqsəd o idi ki, xüsusilə Qarabağın işğal altında olan torpaqlarımız azad olunandan sonra deyirdim ki, Ramiz müəllim, inşallah, cənab Ali Baş Komandanın səyi nəticəsində bu işlər görüləcək. Torpaqlarımız eroziyaya uğrayıb. Deyirdim ki, bunların təmizləməsindən tutmuş, hər şeyi öyrənməliyik. Reyestr yaratdıq ki, ölkə rəhbərinin siyasətində prioritet sahələrin elmi tətqiqatını aparmaq üçün, yeni bir texnologiya ortaya çıxarmaq üçün biz bilək ki, Azərbaycanın hansı maddi texniki bazası var. Bunlar hamısı pərakəndə batıb gedirdi, amma mən bütün bu işləri ortaya çıxardım. Labirint kimi qurulmuş özbaşınalıq, "avadanlıq silmələr” üzə çıxdı. Hər bir hüquqi təşkilatın özünün balans anlayışı var. Burada invertar nömrələr olmalıdır. Yalandan avadanlıq alınır, 500 minlik, 1 milyonluq avadanlıq silinir. Mən gələndən ancaq daxili əmrlərlə onların hamısını balans sahiblərini müəyyənləşdirib, dedim ki, Ramiz müəllim, onlar invertarlaşmada hərəsi öz balansında oturmalıdır ki, məsul şəxsi müəyyənləşdirə bilək. Təsəvvür edin, mən ora gələnə qədər əmlakı nəhəng akademiyanın bir nəfər maddi məsul şəxs haqqında müqaviləsi yox idi. Fikir verirsiniz nə qədər hüquqi boşluq var.

Şərq-Qərb Nəşriyyatının çap məhsulları gəlib ünvana təhvil-təslim edilmədən qaimə-fakturalar imzalanırdı. Buna nə deyirlər? Mal-material verilmədən, çap məhsulları verilmədən yalandan qaimə fakturalara qol çəkilib 10 milyonlarla vəsait mənimsənilib. 

Ancaq onlar elə iddia edirdilər ki, guya Şərq-Qərb nəşriyyatının çap məhsullarının AMEA Rəyasət Heyəti qarşısında heç bir öhdəliyi yoxdur. Xeyr! Öhdəlik yerinə yetirilməyib. 2011-2012-ci illərdə bu qədər milyonlar məhsul verilmədən, yalandan qaimə fakturalara qol çəkilib. 

Tenderlərdə milyonlarla vəsait mənimsənildi. Xaricdə təhsil alan alimlərin, akademiklərin bir neçəsinin başqa yerlərdə işləyərək inzibati vəzifə daşıyaraq əmək haqqı alması qanuna ziddir.

Elmi kitabxanalarda olan özbaşınalıqlar, dövlətin sərvəti olan milli elmi kitabxananın milyondan çox kitabının silinməsi, oğurlanması. Antik kitabların, dəyəri 100-200 min civarında olan kitabların yoxa çıxarılması. 150-dən çox kompüterin ümumi yeni kitabxanadan oğurlanması. Bütün bunlar Ramiz Mehdiyev PA rəhbəri olanda, birbaşa humanitar sahəyə rəhbərlik edən Fatma Abdullazadənin dövründə olub. Hamısı Ramiz Mehdiyevin, İsa Həbibbəylinin kurasiyasında olub.

Yaxşı, məni çıxardın, məndən əvvəl ona  səslənən  təzə təyin etdiyin vəzifənin daşıyıcısına özbaşınalıqlara imza atmadı deyə vəzifədən uzaqlaşdırdın. Gördülər ki, Rasim Ağasıyev, Elton Məmmədov bu dərinlikləri bilir və prinsipial mövqedə olacaq, mənə zəng edib tapşırıq verdi ki, mən kitabxana işinə qarışmayım. Dedim ki, Ramiz müəllim, mən sizin maraqlarınızı təmin edirəm, sizin də marağınız dövlət marağıdır. Mən dövlətin mənafeyini qoruyan bir adam, niyə bu komissiyada olmamalıyam? Çünki, ona dedilər ki, Elton Məmmədov kəskin mövqe bildirəcək. Bildirməliyəm də. Çünki mən ölkə rəhbərinin siyasətində həmişə prinsipial mövqedə olmuşam. Dövlətimin mənafeyini həmişə üstün tutmuşam.

- Siz bunları Ramiz Mehdiyevə deyəndə o nə cavab verdi?

- Heç bir şey. Mənə dedi ki, deyirəm, qarışma, qarışma vəssalam. İsa Həbibbəylinin sözünü eşidirdi. Əvvəl mənim sözümü eşidirdi, görürdü ki, ağıllı təkliflər verirəm, boşluqları doldurmaq istəyirik. Burda nizam-intizam yaratmaq istəyirik.

- Siz Ramiz Mehdiyevin AMEA-dakı ilk təyinatlarından birisiniz. Nə qədər müddət və konkret hansı hadisələrdən sonra vəziyyət bu yerə gəldi?

- AMEA-nın Rəyasət Heyətinin binasında mən Azərbaycan SSR Elmlər Akademiyası sözünü dəyişdim. Ölkə rəhbərinin milli dilin tətbiqi ilə bağlı sərəncamına istinadən latın qrafikasında dəyişməyi çətinliklə etdim. Basqılara məruz qalsam da bunu etdim.

AMEA-nın mən gələnə qədər 50 kitab saxlamağa anbarı yox idi. Mən həmin binanın altında 1 milyon ədəd kitab üçün logistika mərkəzi yaratdım. Həmin binanın enerji təminatını həll etdim. Oranın enerji təminatı bərbad vəziyyətdə idi. Gedin görün mən oranı necə müasirləşdirmişəm, necə avadanlıqlar qoymuşam. Yüksək Texnologiyalar Parkında dövlətdən bir qəpik almadan dayanıqlı enerji təmin etmək üçün xətlər dəyişdirildi, üç transformator aldım. Mən bu işləri gördüm. Bundan başqa yenə dövlətdən bir qəpik almadan 800 kvadratmetrlik texniki transfer şəbəkəsi yaratdım. Bunları ölkə başçısının elmin siyasətinə dəstək verən, dövlətçiliyə xidmət edən bir insan kimi, vətəndaş kimi etmişəm. Bunların hamısı niyə hədər yerə getməlidir? Niyə o qədər işlər görülüb, indi həmin yerdən anbar kimi istifadə olunmalıdır? Universitetlərdə necə ki, elmi sahədən başlamışdım, pedaqoji fəaliyyətimlə yanaşı elmi tətqiqata rəhbərlik etməyə başlamışdım. Startap layihələrdə, elmi tətqiqat laboratoriyalarında, mərkəzlərdə tətqiqatın sonu tətbiq olmalıdır. Heç kim buna şərait yaratmır. Orada elə bir texnoloji transfer yaratdım ki, institutlar, universitetlər orada sərgi keçirsin. 

Bütün bunlar Hesablama Palatasının aktında öz təsdiqini tapıb və mənim bu barədə söylədiklərim qərəzli mövqe kimi qiymətləndirilməsin, vətəndaş mövqeyi kimi qeyd edilsin.

- Elton müəllim, sizin AMEA-nın rəhbərliyinə qarşı "işə bərpa” və "əmək münasibətləri üzrə” iddianız təmin edilib. Yenidən AMEA-da fəaliyyətinizi davam etdirmək barədə nələr düşünürsüz?

- Niyə də istəməyim?! Əgər mənə etimad göstərilibsə, məhkəmə qərarı ilə ədaləti bərpa edərək məni işimə bərpa edibsə, mən də vətəndaş olaraq öz xidmətimi öz resursumu ölkə rəhbərinin siyasətinə həmişə yönəltməyə hazır olmuşam, bu gün də hazıram. Potensialım varsa, mənim arzumla potensialım üst-üstə düşürsə mən o sahəyə təbii ki yönəlməliyəm və buna hazıram.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR1

Ukraynalı qadınlara daha bir əxlaqsız təklif: “müharibə fantaziyası” 

Ukraynalı qadınların insan alverinin hədəfinə çevrilmələri ilə bağlı daha bir şok faktlar üzə çıxıb. Sfera.az bildirir ki, bu dəfə İrlandiyadan gələn xəbər...

Abel Məhərrəmovun keçmiş gəlini səfir oğlundan 46 min tələb edir

Azərbaycanın Estoniyadakı səfiri Anar Məhərrəmovun keçmiş həyat yoldaşı Mehriban Eyyubova keçmiş ərindən 50 min manata yaxın pul tələb edir.  ...

Özündən 22 yaş kiçik sevgilisi Cem Yılmazı tərk etdi - FOTO 

Eşq həyatı ilə gündəmdən düşməyən türkiyəli şoumen Cem Yılmaz yenidən müzakirə obyektinə çevrilib. Sfera.az bildirir ki, ötən aylarda özündən 22 yaş balaca...

Lavrovun son çıxışının nəticələri: “ABŞ-a zərbə endirilir, Rusiya-İran əməkdaşlığı başlayır...”

Rusiya Xarici İşlər Naziri Sergey Lavrov xarici kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrin birində İsrail dövləti və yəhudi millətinə qarşı qəbuledi...

Şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında Mayın 23-ü axşam, 24-də şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, yarımadanın bəzi yerlərində arabir 28 m/s-dək güclənəc...

Almaniyada meymun çiçəyinə 4 yoluxma qeydə alındı

Almaniya Səhiyyə Nazirliyi ölkədə meymun çiçəyinə 4 yoluxma halının olduğunu təsdiqləyib.   Sfera.az “RİA Novosti”yə istinadən xəbər veri...