Yoluxma niyə artır? – “Əvvəlki ştamlara qarşı hazırlanmış vaksinlər “Omikron”a...”

Yoluxma niyə artır? – “Əvvəlki ştamlara qarşı hazırlanmış vaksinlər “Omikron”a...”
"Omikron”dan sonra bədəndə yaranan immunitet çox güman ki, koronavirusun digər ştamlarından qorumayacaq”.

BunuSfera.az-a açıqlamasında infeksionist Fəxrəddin Soltanov deyib. Həkimin sözlərinə görə, mutasiyaların artması yoluxmaların sayına ciddi şəkildə təsir göstərib:

"Hazırda virusdan qorunmağın tək yolu peyvənddir. "Omikron”a yoluxma belə digər mutasiyalara yoluxma və ağırlaşmama ehtimalını sıfıra endirmir. Hazırda koronavirusun bir sıra mutasiyaları mövcuddur və bu səbəbdən də yoluxanların sayı artmaqdadır. Bu baxımdan "Omikron” ştamına yoluxub "Delta”, yaxud digər mutasiyalara yoluxmama riski yoxdur”.
 
İnfeksionist buster dozanın tətbiqinə ciddi ehtiyac olduğunu deyib: "Delta variantının immunitetdən yayına bilmə xüsusiyyəti elmə məlumdur. Digər məsələ isə odur ki, "Omikron”dan öncəki variantlar əsasında hazırlanan vaksinlərin effektində "Omikron”a qarşı zəifləmə var. Odur ki, buster dozanı da alsaq, bu effekt əldə olunur”.
 
Əzizə Zeynal
 

OXŞAR XƏBƏRLƏR