Elman Rüstəmov bahalaşmadan DANIŞDI

Elman Rüstəmov bahalaşmadan DANIŞDI
"Dünyada ərzaq qiymətləri 23,5 faiz artıb, qiymətlərin yüksəlməsi fonunda 2022-ci ilin əvvəllərində istehlak səbətində un və un məmulatlarının bahalaşmasını qaçılmaz edib”. 

Sfera.az  xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında deyib. 

O qeyd edib ki, qeyri-ərzaq məhsullarında ən çox bahalaşma yanacaq məhsullarında olub: "İnflayasiya xarici mənşəli amillərlə bağlıdır. 2021-ci ildə idxal qiymətləri 21 faizdən çox artıb. Qiymətləndirmələr göstərir ki, ev təsərrüfatları inflayasiya göstəricilərini üstələyir. Xidmət və tikinti sektorunda inflayasiya sürətlənib. 

2022-ci əvvəllərində inflyasiyanın azalacağının proqnozlaşdırılması tərəfdaş ölkələrdəki vəziyyətlə və monetar göstəricələrlə bağlıdır. COVİD- 19-un yeni dalğalarına baxmayaraq qlobal iqtisadi artım bərpa olunur. Neftin dünya qiymətlərində artım baş verib. 2022- ci ilin yanvar ayında neft qiymətləri 85 dollardan yüksək olub. Neftlə bağlı proqnozlar nikbindir”.  

E. Rüstəmov əlavə edib ki, Mərkəzi Bankın valyuta ehtiyatları 7,1 milyarda manata çatıb: "Manatla pul bazası 10,2 faiz azalıb. Fiskal əməliyyatlar pul təklifinə təlabatı artıra bilər. Bank sistemi depozitlər üzrə 24,6 faiz artıb. Valyuta bazarında tarazlıq qorunur. 2021-ci ildə bazarda təklif tələbi üstələyib. Cari ildə də valyuta bazarında tarazlıq qorunacaq. İnflyasiya risk amilində əsas baza olaraq qalır.

Antiinflyasiya tədbirləri də inflyasiyanın artımına təsir edəcək. Bununla ölkədə əsassız qiymət artımının məhdudlaşdırılması nəzərdə tutulur. Yaxınlarda tədbirlərin bitib İqtisadi Şuraya göndərilməsi planlaşdırılır”.

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...