İlham Əliyev Kunio Makuriyanı videoformatda qəbul etdi - YENİLƏNİB

İlham Əliyev Kunio Makuriyanı videoformatda qəbul etdi - YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 28-də Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriyanı videoformatda qəbul edib.

Sfera.az xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycanla Ümumdünya Gömrük Təşkilatı arasında səmərəli əməkdaşlığı və təşkilatın ölkəmizə göstərdiyi dəstəyi qeyd edərək, Kunio Mikuriya ilə əvvəllər keçirdiyi görüşləri və aparılmış müzakirələri məmnunluqla xatırlayıb.

Dövlət başçısı Ümumdünya Gömrük Təşkilatının Baş katibinin Azərbaycanla əməkdaşlığı daim diqqət mərkəzində saxlamasını yüksək qiymətləndirdiyini, təşkilatın dəyərli tövsiyə və məsləhətlərinin ölkəmizdə bu sektorun inkişafına töhfə verdiyini diqqətə çatdırıb.

Baş katib Kunio Mikuriya Azərbaycanda gömrük xidmətinin yaradılmasının 30 illiyi ərəfəsində Bakıda olmasından məmnunluğunu ifadə edib, ölkəmizin regionda və dünyada rolunun artması münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırıb. O, rəhbərlik etdiyi təşkilatın Azərbaycanda gömrük sahəsində aparılan islahatlara dəstəyinin davam edəcəyini vurğulayaraq, Azərbaycanın regional inkişaf və nəqliyyat qovşağı mərkəzinə çevrildiyini bildirib. Kunio Mikuriya Cənubi Qafqaz regionunda yaranmış sabitliyin regional əməkdaşlıq, insanlararası təmaslar və nəqliyyat bağlantılarının inkişafı üçün əlverişli imkanlar yaratdığını qeyd edib.

Prezident İlham Əliyev ölkəmizin əlverişli coğrafi mövqeyi, infrastruktura yatırılmış investisiyalar, qonşu dövlətlərlə qurulmuş əlaqələr sayəsində Azərbaycanın regionun nəqliyyat-logistika mərkəzinə çevrildiyini bildirib və regional bağlantıların əməkdaşlıq üçün əlverişli mühit yaratdığını diqqətə çatdırıb. Dövlətimizin başçısı regional əməkdaşlıq məsələlərinə toxunaraq, COVID-19 pandemiyasının yaratdığı qlobal iqtisadi böhrana baxmayaraq, Azərbaycanın keçən il əsas tərəfdaş dövlətlərlə ticarət dövriyyəsinin artmasının ölkə iqtisadiyyatının bərpasının və inkişafının göstəricisi olduğunu bildirib. Azərbaycan Prezidenti keçən il iqtisadiyyatın 5 faizdən çox, qeyri-neft sektorunun 7 faiz, qeyri-neft sənaye sektorunun isə 20 faiz artmasının aparılmış islahatların nəticəsi olduğunu qeyd edib. Prezident İlham Əliyev Ermənistan və Azərbaycan arasında münaqişənin bitməsindən sonra regionda əməkdaşlıq üçün yeni imkanların yarandığını vurğulayıb.

Görüşdə Azərbaycan ilə Ümumdünya Gömrük Təşkilatı arasında əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

 10 : 57
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 28-də Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Makuriyanı videoformatda qəbul edib.

Sfera.az  xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...