“Rus sektorunda belə hadisələr yaşanmır” – Psixoloqdan açıqlama

“Rus sektorunda belə hadisələr yaşanmır” – Psixoloqdan açıqlama
Bir neçə gün öncə 165 saylı məktəbdə şagirdlərin dərs rejimini kobud şəkildə pozması və müəllimin töhmət alması məsələi ilə bağlı müzakirələr davam edir.

Maraqlıdır, müəllimin töhmət alması şagirdlərə hansısa formada təsir edə bilərmi? Cəzalandırılmalı olan tərəf kimdir?

Məsələ ilə bağlı Sfera.az-a danışan psixoloq, "İnsan Mühəndisliyi" proqramının rəhbəri Rövşən Nəcəfov müəllimə töhmət verilməsinin və şagirdlərin üzr istəməsinin problemi həll etməyəcəyini deyib:

"Bir insanın şəxsiyyət kimi formalaşmasında təhsilin rolu çox böyükdür. Ona görə ki, təhsil insanı cəmiyyətə, gələcəyə hazırlayır, başqalarına da faydalı olmağı öyrədir. 165 saylı məktəbdə baş verənlər böyük təəssüf doğurur. Çünki Azərbaycan təhsili gənclər üçün stimul yeri, inkişaf modeli olmalıdır. Baş verən hadisə ilə bağlı müəllimin töhmət alması, yaxud şagirdlərin üzr istəməsi problemi həll etmir. Bu hadisədən daha böyük hadisələr var, lakin bu məsələ sosial şəbəkələr vasitəsi ilə aşkara çıxıb yayıldı. Xüsusilə təhsildə cəza tərbiyə üsulu deyil. Biz hansısa sərt qaydanın kimisə tərbiyə etməli olduğunu düşünürüksə, yanılırıq. Təhsilin ana xətti maarifləndirmədir. Biz təhsil sistemində insanları şəxsiyyət kimi yetişdirməyə dəstək verməliyik. Təəssüf ki, bizdə müəllimlə şagird, müəllimlə valideyn arasında empatiya yoxdur. Ona görə də belə hadisələr yenə baş verəcək. Məktəblərdə 1-3 arası psixoloq fəaliyyət göstərir. Bu gün şagirdlər müəllimlə psixoloq arasında heç bir fərq görmürlər.  Məktəbli isə heç vaxt müəllim kimi gördüyü şəxsə öz şikayətlərini bildirə bilmir. Buna görə məktəblilər psixoloqları psixoloq kimi də görməlidir. Bəzən ailədə baş verən problemlər uşağın məktəbdəki davranışlarına sirayət edir. Müəllim də evdə yaşanan problemlər səbəbi ilə uşaqlara şiddət təbiq edir. Müəllim və şagird arasında bir körpü var və bu körpü yanmamalıdır”.
 
Psixoloq rus sektorunda müəllim və şagird arasında bu kimi mənzərənin olmadığını deyib:

"Biz günahkar axtarmamalıyıq, səbəblər axtarmalıyıq. Niyə rus sektorunda, Qərb təhsilində belə hadisə baş vermir? Qərb təhsilində məcburiyyət yox, sevgi ilə öyrənmək tədris olunur. Təhsil əzbərçilik və testdən ibarət deyil. Gələcəyimizə sevgini aşılamalıyıq. Tərbiyə vermək yox, nümunələr göstərməliyik. Övladlarımız məktəbə sevgi ilə getməli, müəllimlərinə də sevgisini ifadə etməlidirlər. Bu mənzərəni yaratmaq üçün metodologiyalardan formalaşan sistem olmalıdır. Ona görə ki, düzgün sistem var maarifləndirmə ilə aparılır.  Buna görə Azərbaycanda da məktəb sistemində psixoloji maarifləndirilmənin aparılması mütləqdir”.
 
Əzizə Zeynal
 

OXŞAR XƏBƏRLƏR

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...

Ramzan Kadırov oğlunun toyuna gələn tanınmış şəxslərin adlarını AÇIQLADI

Çeçenistanın başçısı Ramzan Kadırovun 17 yaşlı oğlu Adamın Qroznıdakı toy mərasiminə İran, BƏƏ, Türkiyə və Qazaxıstanın səfirləri və digər qonaqlar, o cümlədən ...