Beyinin fəaliyyətini yaxşılaşdıran və sağlamlığını qoruyan 5 ot
00:39 / 29.07.2016
2065
Beyinin sağlamlığını qocalığa qədər qorumaq üçün həkimlər fiziki aktiv olmağı, düzgün qidalanmağı, kifayət qədər su içməyi, beyini daim "işlətməyi" (yeni bilgilərə yiyələnmək, mütaliə etmək və s.), insanlarla ünsiyyətdə olmağı, streslərdən uzaq durmağı tövsiyə edirlər.
Sfera.az saglamolun.az-a istinadən bildirir ki, bu sadə qaydalara əməl edən insan beynini ahıl yaşlarına qədər sağlam və cavan saxlaya bilər.
Bəzi bitkilər var ki, onlar beyinin fəaliyyətinə kömək edir. Bu bitkilərin arasında:
1. Ginko biloba
Müxtəlif illərdə Amerikada, Avropada, Yaponiyada keçirilmiş geniş araşdırmalar göstərib ki, ginko biloba yaddaşı, diqqəti, təfəkkürü xeyli yaxşılaşdırır, beyinin qocalmasını ləngidir.
Ginko biloba beyin qan dövranını yaxşılaşdırır və beyin damarlarında trombların əmələ gəlməsinin qarşısını alır. Beyin qan dövranı yaxşıladıqda beyinin fəaliyyəti də yaxşılaşır.
2. Eleuterokokk
Bu bitki beyinin fəaliyyətini stimullaşdırır, əqli yorğunluğu azaldır, təfəkkürü yaxşılaşdırır.
3. Jenşen
İtaliya, Danimarka və bəzi digər ölkələrdə aparılan araşdırmalar göstərir ki, jenşenin 2 ay ərzində qəbulu eksperimentdə iştirak edənlərdə yaddaşın, diqqətin və abstrakt təfəkkürün xeyli yaxşılaşmasına səbəb olub.
4. Roybuş çayı
Beyinin fəaliyyətini yaxşılaşdırır, nevroz, depressiya, stress zamanı kömək edir.
5. Sarıkök
Beyinin qocalmasını ləngidir, fəaliyyətini yaxşılaşdırır.
Bu bitkilər dəmləmələr və çaylar şəklində istifadə olunur.