“AMEA Ramiz Mehdiyevin növbəti qurbanı olmamalıdır!” — “Hər cildin nəşrində mənimsənilən milyonlar...”

“AMEA Ramiz Mehdiyevin növbəti qurbanı olmamalıdır!” — “Hər cildin nəşrində mənimsənilən milyonlar...”
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, təhsil eksperti Etibar Əliyev müsahibə verib.

Müsahibəni təqdim edirik:

- Etibar müəllim, AMEA-da nə baş verir? İlk olaraq bu qurumun rəhbərliyinin fəaliyyətini siz tənqid etdiniz...

- Azərbaycan Milli Elmlər Akademiyası Ramiz Mehdiyevin elmə yad adam olması ucbatından reanimasiyaya salınıb. AMEA-nın nəzdində olan institutların işi iflic vəziyyətindədir. Dedi-qodu, qapı pusmaq, səs yazmaq, yerliçilik, qohumbazlıq, üzə durmaq, dostbazlıq elmə yad olan çirkin işlərdir. Əslində Ramiz Mehdiyev AMEA prezidenti seçilməmişdən əvvəl də elmə amansız zərbələrini vurmuşdu. Elmin İnkişafı Fondunun Himayədarlar Şurasının sədri olanda elmin inkişafına ayrılan külli miqdarda vəsaitin sümürülməsində böyük rol oynamışdı. O bunu bilərəkdən edirdi...

Cənab Prezidentin elmin inkişafı üçün yaratdığı bu qurumu məhv etdilər. Ramiz Mehdiyev ölkədə ən korrupsioner rektorların himayəçisi olub. Həmin rektorlar elm adamlarını universitetlərdən didərgin saldılar.

- Siz Azərbaycan Milli Ensiklopediyasında olan ciddi qüsurlar barədə də Ramiz Mehdiyevi qınamışdınız... 

- Bəli. Ramiz Mehdiyev Azərbaycan Milli Ensiklopediyasının Redaksiya Heyəti sədrinin birinci müavinidir. Ensiklopediya hər bir xalqın milli sərvətidir. Bu çoxcildli ensiklopediya Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2004-cü ildə imzaladığı sərəncam əsasında nəşr olunmağa başladı. Ramiz Mehdiyevin ensiklopediya hazırlanmasında savadı olmadığından bu layihənin də dəyərini heçə endirə bildi. 

Ensiklopediyada plagiatlıq, anlayışların düzgün verilməməsi, tərcümədə kobud qüsurlar, hər cildin nəşrində mənimsənilən milyonlar ensiklopediyamızın dünya xalqlarının ensiklopediyaları ilə müqayisə olunmaq məziyyətini itirdi. Və kitab mağazalarında nəşr olunmuş cildlərin üzünə baxan yoxdur. Bunu da Ramiz Mehdiyev bilərəkdən edib. Belə bir milli məsələdə qabiliyyətsizliyini hiss edib geri durmalı və üzr istəməli idi. Düşünürəm ki, Milli Ensiklopediya ilə bağlı dinləmələrin keçirilməsinə ehtiyac var.

- Ramiz Mehdiyevin fəaliyyətini xeyli sayda nüfuzlu elm adamları tənqid etdi. Bu təşkilatın gələcəyi barədə nə düşünürsünüz?

- Haqlısınız. Akademiya yaradılandan onun rəhbəri hələ indiki qədər tənqid olunmayıb. Onu qınayanların sayı durmadan artır. Onlar haqlıdırlar. Ramiz Mehdiyevin üçüncü qurbanı AMEA olmamalıdır. Elm Fondu və Azərbaycan Milli Ensiklopediyasını qeyd etdim. O, Akademiyada elmi mühiti dağıtmaqla bu qurumu da sıradan çıxarmaq istəyir. Bu missiyanı da üzərinə götürüb. Akademiya da bizim milli sərvətimizdir. Orda nüfuzlu alimlər çalışıblar. Elmin binasına kərpiclər hörüblər. Belə bir qurumu ona qurban vermək olmaz. 

Zənnimcə, ən yaxşı variantlardan biri Elm, Təhsil və İnnovasiyalar Nazirliyinin yaradılmasıdır. 

İkinci variant isə Akademiyada ciddi islahatlara rəvac verilməsidir. 

Yəni elmə ayrılan vəsaitin səmərəli xərclənməsinə nəzarət etmək, inkişaf etmiş ölkələrin, xüsusilə qardaş Türkiyənin elmi tədqiqat təcrübəsini öyrənmək, mübadilə proqramları qəbul etmək, alimlər üçün normal iş mühiti yaratmaq, elm sahələrində ciddi layihələrin işlənməsi üçün maraqlı tərəflərlə birgə çalışmaq, gənc alimlərin təcrübə keçmələri üçün xarici ölkələrə göndərilməsi və AMEA-nın gəncləşdirilməsinə nail olmaq lazımdır. Bütün bunlar Ramiz Mehdiyevlə qeyri-mümkündür. Bunu artıq orta məktəb şagirdləri də bilir. AMEA Rəyasət Heyətinin üzvlərinin R.Mehdiyevə hələ də etimadsızlıq göstərməmələrini başa düşə bilmirəm.
 
(azpolitika.info)

OXŞAR XƏBƏRLƏR

Polis 5 saat ərzində seks kuklasının dəhşətli "qətlini" araşdırdı - FOTOLAR

Almaniyanın Rostok şəhərində baş verən qeyri-adi hadisə ilə bağlı martın 30-da məlumat verilib. Belə ki, polisə yoldan keçən bir nəfər həyəcan verici kəşflə bağ...

Tənəklərlə əhatə olunmuş kənd turist möcüzəsinə çevrilir - FOTO

Çində təbiətin demək olar ki, insan həyatının bütün izlərini sildiyi bir yer var.   Şanxaydan dörd saatlıq məsafədə, Şenxi arxipelaqının dərinlikləri...

Qadın 18 ildən sonra danışıb: Hansı texnologiya kömək etdi?

47 yaşlı qadına insult keçirdikdən sonra 18 il danışmayıb. 18 il sonra ona ilk dəfə öz fikirlərini şifahi şəkildə ifadə etməyə imkan verən kvadriplegiyası beyin...

Aprel döyüşlərindən 9 il ötür

Bu gün Azərbaycan Ordusunun Aprel zəfərindən doqquz il ötür.   Sfera.az-ın məlumatına görə, 2016-cı ilin mart ayının ortalarından başlayaraq ermənilə...

Putinin əmlakı açıqlandı

Rusiya Prezidenti Vladimir Putin 2024-cü il üçün gəlir və xərclər haqqında bəyannamələri müəyyən edilmiş müddətdə təqdim edib.   Sfera.az TASS-a isti...

Aparıcı Nigar Fərhad təhdidə keçdi: vəkillərim dəlil toplayır - VİDEO

"Kanal S"in aparıcısı Nigar Fərhad onu təhqir edən şəxslərlə bağlı hüquqi addımlar atacağını bildirib.   Sfera.az xəbər verir ki, aparıcı b...