Rusiya Krıma ordu yeridir
22:03 / 28.07.2016
1661
Krım yarımadasına özü-özünü təmin edən ordu qüvvələri yerləşdirilib.
Axar.az xəbər verir ki, bunu Rusiya Müdafiə naziri Sergey Şoyqu açıqlayıb.
"NATO-nun Şərqi Avropada mövqeyinin güclənməsi, Ukraynadakı qeyri-sabit vəziyyət ölkəmizin şərq sərhədlərinin strateji önəmini bir daha artırır. Bu səbəbdən biz təcili tədbirlər görmək məcburiyyətində qaldıq. 2013-cü ildən bəri Cənub Federal Dairəsində 4 diviziya, 9 briqada və 22 alay yerləşdirilib. Hərbçilərin sayı iki dəfə artırıldı. Sözügedən bölgə 4 mindən çox modern silahlarla təmin edilib”, - Şoyqu bildirib.
Qeyd edək ki, bu gün Rusiya Prezidenti Vladimir Putinin sərəncamı ilə Krım yarımadası Cənub Federal Dairəsinə birləşdirilib.