Qalmaqallı məktəbin direktor müavinindən ŞOK AÇIQLAMA: "Məktəbdə “patı” satılır"

Qalmaqallı məktəbin direktor müavinindən ŞOK AÇIQLAMA:
Şagirdlərin tərbiyəsizlik etdiyi orta məktəblə bağlı şok faktlar yayılıb. 1
 
Sfera.az xəbər verir ki, 65 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Validə Ağalarova "Bizimyol.info”ya açıqlamasında bildirib ki, həmin görüntülərdə olan şagirdlə bağlı əvvəllər də dəfələrlə polis idarəsinə müraciət edilib: "Bu uşaq polislərin nəzarətində olan, çətin tərbiyə olunan uşaqdır. Həmin şagird bir müəllim yox, neçə-neçə müəllimlərin başına oyun açıb. Bu uşaq məktəbə siqaret gətirib uşaqlara paylayır. Hətta "patı” gətirib satdığı deyilir. Biz bu barədə dəfələrlə müvafiq orqanlara məlumat vermişik. Hətta sənədləşdirib, Qubada çətin tərbiyə olunan uşaqların oxuduğu məktəbə göndərmək istəyirdik. Pandemiya düşdüyü üçün bu iş yarımçıq qaldı. Bizi hədələyir. Deyir ki, dayım polisdə işləyir. Biz bilmirik, bu uşaqla necə mübarizə aparaq”.

V. Ağalarovanın sözlərinə görə, həmin şagird normal ailənin övladı deyil: "Çünki 9 ildir bu məktəbdə oxuyur, amma nə atasını, nə də anasını tanımırıq. Bir neçə il əvvəl nənə-babasının evini tapdıq. Onlar da bizə dedilər ki, "biz o uşağı tanımırıq, heç tanımaq da istəmirik. Çünki gəlib bizdən oğurluq edir. Bizə bir nömrə verib valideyni kimi danışdırır. Amma polis dünən dedi ki, sizin danışdığınız adam heç onun anası deyil.

Müəllim neyləsin? Müəllimin, uşağa söz deyə bilmir. Bir söz deyən kimi müəllimi nə hala salırlar. Həmin görüntülərdəki müəllimə, çox savadlı bir insandır, illərin müəllimidir.

Biz günahı uşaqda yox, onun ailəsində görürük. Çünki tərbiyə ailədən gəlir. Günün 5-6 saatını uşaqlar məktəbdə olur. Qalan vaxtı ailəsi ilə keçirir”.

OXŞAR XƏBƏRLƏR

Ölkədə evlərin qiyməti bu qədər bahalaşdı - RƏSMİ

2021-2025-ci illərdə mənzil bazarında 55 % qiymət artımı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu artım Dövlət Statistika Komitəsinin rəsmi m...

Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edir - FOTOLAR

Bu gün Ümummilli Lider Heydər Əliyevin anadan olmasından 102 il ötür.   Sfera.az Trend-ə istinadən xəbər verir ki, ölkə ictimaiyyətinin nümayəndələri...

Avropa liderləri atəşkəs tələbi ilə Ukraynadadır

Almaniya kansleri Fridrix Mers, Fransa prezidenti Emmanuel Makron, İngiltərə baş naziri Keir Starmer və Polşa baş naziri Donald Tusk bu gün səhər saatlarında Ki...

Milli Məclisin deputatları Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTO

Bu gün Milli Məclisin bir qrup deputatı Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə Fəxri xiyabana gələrək onun məzarını ziyarət ediblər. Deputatlar dahi ...

Bu gün Ukraynada Avropa liderləri toplantı keçirəcək

Bu gün Ukraynaya kömək etmək istəyən ölkələr toplantı keçirəcək.   Sfera.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.   ...

Nazir AZAL-ın təyyarəsinin vurulmasından danışdı

AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Rusiyanın istintaqının başa çatmasını gözləyirik.   Sfera.az xəbər verir ki, bunu bu gün Azərbaycanın xarici...