NATO daxilində narazılıq artır - Bu ölkə Ukraynaya qoşun göndərməyəcək

NATO daxilində narazılıq artır - Bu ölkə Ukraynaya qoşun göndərməyəcək
Ukrayna ətrafında baş verən gərginlik ABŞ və Qərbin media resursları tərəfindən məqsədyönlü şəkildə manipulyasiya edilərək müharibə fonunda ictimaiyyətə təqdim edilir. Aydın məsələdir ki, rəsmi Vaşinqton media resurslarından Kremlə qarşı təzyiq vasitəsi kimi istifadə edir. Bununla o Rusiyaya həm özünün, həm də Qərbin nə qədər qərarlı və israrlı olduğunu göstərmək istəyir.
 
ABŞ-dan fərqli olaraq hazırda NATO daxilində heç də bütün ölkələr Kremllə gərginlik yaşamaq istəmir. Hazırda Rusiya ilə iqtisadi-siyasi münasibətləri olan və dini-etnik baxımdan yaxın ölkələr var. Xüsusilə bu ölkələr mövcud vəziyyətdən narazıdır. Misal üçün, Xorvatiya bu ölkələrdən biridir.
 
Ötən gün Xorvatiya Prezidenti Zoran Milanoviç Ukrayna ilə Rusiya arasında müharibə başlayacağı halda hansı addımların atılacağı ilə bağlı sualları cavablandırarkən deyib ki, mən Xorvatiya ordusunun baş komandanıyam və Ukrayna ilə Rusiya arasında münaqişənin gərginləşəcəyi təqdirdə Xorvatiya ordusunun bütün üzvlərini çıxaracağam.
 
Xatırladaq ki, Xorvatiya əhalisi hər şeydən əvvəl slavyan xalqdır və həm Ukrayna, həm də Rusiya ilə yaxındır. Mövcud vəziyyətdə tərəf tutmaq istəmədiyi kimi, ehtimal edilən  müharibəyə də qoşulmaq istəmir. Lakin indiki halda Xorvatiyanın belə bir qərar verməsinin əsas səbəbi həm də ABŞ-la bağlıdır. Məsələ ondadır ki, rəsmi Vaşinqton Ukraynaya birbaşa dəstək vermir, Ukraynaya qoşun göndərmir. Bununla belə NATO-nu önə çəkərək Şərqi Avropada alyansın hərbi kontingenti artırır. Faktiki olaraq Ukrayna konfliktində NATO və Kreml üz-üzə gəlir. Bu vəziyyətdən isə ən çox zərər görəcək olan təbii ki, alyans üzvləridir.
 
Xarvatiya rəhbərliyi görünür, bunu anlayır və Vaşinqtonun müdaxilə etmək istəmədiyi bir məsələyə NATO adı altında müdaxilə etmək istəmir. Milanoviçin "Qərarımız tamamilə Co Bayden rəhbərliyinin dinamikası və Amerikanın daxili siyasətindən asılıdır” sözləri də rəsmi Vaşinqtona açıq mesajdır. Yəni Bayden Ukraynaya qoşun göndərəcəksə, NATO üzvləri də göndərəcək. Əks təqdirdə Xorvatiya və digər Avropa ölkələri ABŞ-ın istəyi ilə Ukraynada Rusiyaya qarşı döyüşməkdən bir-bir imtina edəcək.
 
Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR

Avtosalon işçisi 3 milyon avroluq “Ferrari”ni qəzaya uğratdı - FOTO

1990-cı ildə istehsal olunmuş “Ferrari F40” Almaniyada qəzaya uğrayıb. Avtomobilə ciddi ziyan dəyib.    Sfera.az bildirir ki, qəzaya...

Üçüncü Dünya Müharibəsi artıq başlayıb - Ukrayna rəsmisindən AÇIQLAMA

Ukrayna Prezidenti Volodimir Zelenskinin aparat rəhbərinin müşaviri Mixail Podolyak hesab edir ki, Üçüncü Dünya Müharibəsi artıq başlayıb.   Sfera.az x...

“WhatsApp”da artıq böyük fayllar göndərilə bilər - YENİLİK

WhatsApp” yaxınlıqdakı istifadəçilərə öz aralarında fayl göndərmək və qəbul etmək imkanı verəcək funksiya üzərində işləyir.   Sfera.az-ın məlum...

NATO-nun baş katibi Polşada nüvə silahının peyda olması ehtimalını rədd etdi

NATO öz nüvə qüvvələrinin konfiqurasiyasını və Polşa ərazisində müvafiq silahlar yerləşdirməyi planlaşdırmır. Sfera.az TASS-a istinadən xəbər verir ki, bu ...

Günü-gündən cavanlaşan milyonçu sirlərindən birini paylaşdı 

Hər il cavanlaşmaq üçün milyonlarla dollar xərcləyən amerikalı İT milyarderi Brayan Conson sirlərindən birini paylaşıb. Bu barədə o, YouTube-dakı son videoların...

“Azərreyl” çempion oldu

Qadın voleybolçulardan ibarət komandaların mübarizə apardığı Azərbaycan Yüksək Liqasında bu gün cari mövsümün final oyunu keçirilib.   Sfera.az xəbər...