\"Bu fürsəti əldən vermək ağılsızlıq olardı” - Paşinyandan Türkiyə ilə bağlı gözlənilməz AÇIQLAMA

\
Ermənistan Baş naziri Nikol Paşinyan Türkiyəyə səfər edə biləcəyini açıqlayıb.
 
Sfera.az bildirir ki, o, bu barədə onlayn mətbuat konfransından çıxışı zamanı danışıb. Belə ki, Paşinyan Ermənistan-Türkiyə münasibətlərinin normallaşması üçün formatın yaradıldığını və xüsusi nümayəndələrin ilk görüşünün keçirildiyini xatırladıb.

"Düşünürəm ki, bu dinamika qorunub saxlanılarsa, Ermənistanın Antalya Diplomatik Forumunda iştirak dəvətini qəbul edəcəyi ehtimalı böyükdür. Təbii ki, hər şey indiki vəziyyətdən asılıdır, lakin ən azı ilk görüşdən sonra ehtimal artır. Ermənistan dəvəti qəbul edəcək, çünki proses başlayıb və bu fürsəti əldən vermək ağılsızlıq olardı”, - deyə baş nazir əlavə edib.

Qeyd edək ki, Xarici işlər naziri Mövlud Çavuşoğlu yanvarın 19-da çıxışı zamanı martın 11-13-də keçiriləcək ikinci Antalya Diplomatiya Forumuna (ADF) Ermənistandan da rəsmilərin dəvət edildiyini açıqlamışdı.

Xatırladaq ki, Ermənistandan Türkiyəyə gələn sonuncu şəxs keçmiş prezident Serj Sarkisyan olub. O, 2009-cu ildə Bursada futbol matçına baxıb.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...