Türkiyənin Azərbaycanla imzalayacağı svop anlaşmasının DETALLARI BƏLLİ OLDU

Türkiyənin Azərbaycanla imzalayacağı svop anlaşmasının DETALLARI BƏLLİ OLDU
Türkiyənin yaxın həftələrdə Azərbaycanla svop müqaviləsi bağlayacağı gözlənilir.
 
Sfera.az xəbər ki, bu haqda məlumat "Middle East Eye” saytında yer alıb. Saytın iki türkiyəli rəsmiyə əsaslanan xəbərinə görə, Türkiyə ilə Azərbaycan arasında yaxın həftələrdə imzalanması gözlənilən müqavilənin böyüklüyü 1 milyard avro olacaq: 

"Müqavilə demək olar ki, hazırdır, yalnız bürokratiya vaxt aparır”, - deyə xəbərdə bildirilir.

Məlumata görə, Türkiyə Mərkəzi Bankı əvvəllər Çin, Qətər, Cənubi Koreya və Birləşmiş Ərəb Əmirlikləri ilə müqavilələr bağlayıb. Bağlanan müqavilələrin həcmi 28 milyard dollardır. Çin yuanı, Qətər rialı, Cənubi Koreya vonu və Birləşmiş Ərəb Əmirlikləri dirhəmi ilə bağlanan razılaşmalarda məqsəd Türkiyə Mərkəzi Bankının ümumi ehtiyatlarının yüksək səviyyədə saxlamaqdır.

Türkiyə Mərkəzi Bankının xalis ehtiyatı svoplar istisna olmaqla, mənfi 56,7 milyard dollar təşkil edib.

Maraqlıdır ki, Türkiyə digər ölkələrlə svop anlaşmasını onların milli valyutaları ilə bağlasa da, Azərbaycanla avro üzərindən bağlayacaq. Əgər Azərbaycan Türkiyə ilə avro ilə svop anlaşması imzalayacaqsa, o halda, faizlər Avropa Mərkəzi Bankının müəyyənləşdirdiyi dərəcə ilə hesablanacaq. Yəni, daha aşağı faizlər olacaq.

Qeyd edək ki, "swap” sözü ingilis dilində "barter” mənasını verir. Svop anlaşması iki tərəfin fərqli valyutaları müəyyən bir faiz dərəcəsi ilə müəyyən bir müddətlə dəyişdirməsi deməkdir. Svop əməliyyatlarından faiz və valyuta məzənnələrindəki dəyişikliklər nəticəsində yaranan riski minimuma endirmək üçün istifadə edirlər.

Vasif
Sfera.az 


OXŞAR XƏBƏRLƏR

Milli Məclis büdcənin icrasını təsdiqlədi

Milli Məclisdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası qanununun layihəsi qəbul edilib. ...

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olundu

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub.   Sfera.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə...

Konstitusiya Məhkəməsinə yeni hakimlər TƏYİN OLUNDU – ADLAR

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub.   Sfera.az xəbər verir ki, layihə Milli Məclisin bu gün keçirilən iclasında səsə qoyularaq ...

Prezident İlham Əliyev Donald Trampı təbrik edib

Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa təbrik məktubu ünvanlayıb.   Sfera.az AZƏRTAC-a istinadən xəbər verir k...

DTX-nin Yekaterinburqdan gətirdiyi İbrahimov kimdir?

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycana ekstradisiya olunan Zahirəddin İbrahimovun qanunsuz hərəkətlərinə görə Rusiya vət...

Kamaləddin Qafarov: “Özbəkistan bizim üçün dost və qardaş ölkədir”

“Bu gün Azərbaycan-Özbəkistan münasibətləri ən yüksək səviyyədə uğurla inkişaf etməkdədir. Məlum olduğu kimi, keçən il Daşkənddə Azərbaycan Prezidenti cən...