Mərkəzi Bank faizləri artırmağa davam edəcək

Mərkəzi Bank faizləri artırmağa davam edəcək
Azərbaycan Mərkəzi Bankı ötən ilin sentyabrından faiz dərəcələrinı artırır. Faiz dərəcələrinin artırılması qərarına təsir edən əsas amil isə inflyasiya səviyyəsinin yüksəlməsidir.
 
Avqustda 6,7 faiz olan illik inflyasiya sentyabrda 8,5 faizə, dekabrda 12 faizə çatıb. Buna görə də Mərkəzi Bank 6,25 olan uçot dərəcəsini sentyabrda 6,5-ə, oktyabrda 7-yə, dekabrda 7,25-ə qaldırıb.

Sfera.az bildirir ki, 2022-ci ilin əvvəlində də inflyasiya səviyyəsinin yüksələcəyi ehtimalı böyükdür. Çünki ötən ilin yanvarından iyul ayına qədər illik qiymətlər  aşağı sürətlə artıb. Yanvarda 3,3 faiz olan illik qiymət artımı iyunun sonunda 4,7 faizə çatıb.

2021-ci ilin əvvəli ilə müqayisədə 2022-ci ilin ilk aylarında qiymət səviyyəsi çox yüksək olduğundan cari ilin yanvarından may ayının sonuna qədər istehlak qiymətləri indeksinin bir qədər də yüksələcəyi ehtimalı var. Buna cavab olaraq Mərkəzi Bank davamlı şəkildə faizləri artırmaq məcburiyyətində qalacaq.
 
Mərkəzi Bank bu il 8 dəfə faiz dərəcələri ilə bağlı qərar qəbul etməlidir. Bunlardan ilki yanvarın 28-də baş verəcək. Daha sonra martın 18-də və aprelin 29-da faiz dəhlizinin parametrlərinə baxılacaq. İnflyasiya səviyyəsinin yüksəlməsi şəraitində böyük ehtimalla ilk 2, hətta 3-cü toplantıda faizlər artırılacaq.

Ötən il dünyanın bütün regionlarında qiymətlərdə ciddi artım baş verib. Açıqlanan məlumatlar göstərir ki, qiymət artımları uzunmüddətlidir və Mərkəzi Banklar pul-kredit siyasətini sərtləşdirmədiyi təqdirdə inflyasiya səviyyəsinin tezliklə enməsi real deyil. Bununla əlaqədar olaraq 2022-ci ildən bir çox ölkənin mərkəzi bankı, o cümlədən ABŞ, Avropa İttifaqının, Çinin, Yaponiyanın, Rusiyanın mərkəzi bankları faizləri artıracaq. Azərbaycanda da Mərkəzi Bankın eyni addımı atacağı ehtimalı böyükdür.

Qeyd edək ki, mərkəzi banklar faizləri artıranda kommersiya banklarının mərkəzi bankdan aldığı kreditlər bahalaşır. Eyni zamanda depozit və əmanət faizləri də yüksəlir. Bu vəziyyətdə kommersiya banklarının cəlb etdiyi vəsaitlərə çəkilən xərc artdığından ölkədə kredit faizləri yüksəlir, nəticədə kredit sifarişləri azalır. Kredit sifarişlərinin azalması isə iqtisadiyyatın, həmçinin əhalinin alıcılıq qabiliyyətini, yəni tələbi zəiflədir.

Beləliklə, mərkəzi bankların faizləri artırması onunla nəticələnir ki, ölkədə iqtisadi aktivlik zəifləyir və qiymət artımları səngiyir. Dolayısı ilə artan faizlər inflyasiyanı cilovlamağa imkan verir.

Vasif
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Misin qiyməti yenidən 10 min dollara çatıb – Daha da bahalaşa bilər

Beynəlxalq birjalarda bir ton misin qiyməti yenidən 10 min dollar səviyyəsinə çatıb.  Sfera.az xəbər verir ki, misin bahalaşmasına səbəb “yaşıl ...

Ukraynada nazir İSTEFA VERDİ

Ukraynanın Kənd Təsərrüfatı naziri Mikola Solski korrupsiya ittihamları fonunda istefa verib.   Sfera.az xəbər verir ki, bu barədə “Ntv Haber&...

Deputatdan maaş və pensiyaların artırılması ilə bağlı AÇIQLAMA: "Mayın 15-dən..." 

Bu ilin ilk rübündə dövlət büdcəsindən sosial müdafiə və sosial təminata proqnoz ilə müqayisədə 40 faiz daha çox vəsait ayrılıb.    Bunu Sfera.a...

Olaf Şolts: "Bakıda iqlimlə bağlı maliyyələşdirmə məsələləri müzakirə ediləcək"

Bakıda bu il iqlimlə bağlı yeni hədəflərin 2025-ci ildən sonra maliyyələşdirilməsi məsələləri müzakirə ediləcək.   Sfera.az xəbər verir ki, bu barədə...

Sabah 32 dərəcə isti OLACAQ

Bakıda və Abşeron yarımadasında aprelin 27-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a...

Zob xəstəliyinin ƏSAS ƏLAMƏTLƏRİ: Niyə daha çox qadınlarda rast gəlinir? 

Zob xəstəliyi qalxanabənzər vəzinin xəstəliyidir.   Sfera.az bildirir ki, bu barədə TƏBİB məlumat bölüşüb. Qeyd olunub ki, vəzin ifraz etdiyi hormonl...