Müsəlmanlarla nudistlər arasanda QARŞIDURMA
Almaniyada radikal müsəlman gənclər qrupu hovuzda çimən nudistləri divanla hədələyiblər.
Publika.az xəbər verir ki, bu haqda "Junge Freiheit” nəşri yazıb.
Hadisə Şimal Reyn-Vestfaliya vilayətinin Heldern şəhərində baş verib. Yerli hakimiyyətin məlumatına görə, şəhərdəki hovuzlardan biri nudistlər tərəfindən istifadə olunub. Üzgüçülük üzrə seanslarından birinin icrası zamanı ora təxminən 25 yaşlarındakı altı saqqallı kişi zorla girib. Onlar hovuzda çimən kişilər, qadınlar və uşaqlara tüpürməyə, onları alman və ərəb dillərində təhqir etməyə və hədələməyə başlayıblar.
Şahidin sözlərinə görə, müsəlmanlardan biri bu sözləri deyib: "Siz, alman qadınları sadəcə gəzəyənlərsiniz və biz sizi məhv edəcəyik”.
Nudistlərin sözlərinə görə, bütün müsəlmanlar alman dilində sərbəst şəkildə danışırdılar.
Çimənlər hovuzun administrasiyasına şikayət etdikdən sonra müsəlman gəncləri ərazidən uzaqlaşdırıblar. Amma onlar sonradan qayıdıblar. Sonra isə əraziyə polis əməkdaşları çağırılıb. Hadisənin bütün iştirakçıları sənədlərin yoxlanılmasından sonra buraxılıb.
Almaniyanın Bornxaym şəhərinin hakimiyyəti yanvar ayında qaçqın müsəlmanlara hovuzlara baş çəkməyi qadağan edib. Qərar miqrantların cinsi təcavüzləri ilə bağlı çoxsaylı şikayətlərindən sonra verilib. Bir həftə sonra isə qadağa yumşaldılıb. Qaçqınları hovuza buraxmağa başladılar.
Qeyd edək ki, nudizm insanların çılpaq formada hərəkət etməsidir. Nudizm əsasən Avropa ölkələrində geniş yayılıb. Almaniyada xüsusi nudist çimərlikləri və idman zalları fəaliyyət göstərir ki, burada insanlar tam çılpaq formada gəzir, söhbətləşir və əylənirlər. Ölkələrin mentalitet qaydalarına uyğun olaraq nudizmə münasibət hər bir ölkədə fərqlilik təşkil edir.