Bakı qırğınının FOTOLARI

Bakı qırğınının FOTOLARI
Azərbaycanda 1990-cı il yanvarın 20-də baş vermiş faciədən 32 il keçir.

Sfera.az xəbər verir ki, bununla bağlı Azərbaycanda Ümumxalq hüzn günü elan olunub.

Azərbaycanın hökumət və dövlət nümayəndələri, diplomatik korpusun təmsilçiləri, sıravi vətəndaşlar 20 Yanvar faciəsinin qurbanlarının dəfn olunduğu Şəhidlər Xiyabanını ziyarət edəcəklər.

Yanvarın 20-də Bakı Polis Qarnizonu gücləndirilmiş rejimdə işləyəcək.

Dünya ictimaiyyətinin diqqətini Qanlı Yanvar faciəsinə yönəltmək üçün Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri, Azərbaycan icmaları tərəfindən də müvafiq tədbirlər həyata keçirilir.

Yanvarın 20-də Bakı vaxtı ilə saat 12:00-da ölkə ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək, gəmilər, avtomobillər və qatarlar səs siqnalları verəcək. Həmin gün ölkə ərazisində matəm əlaməti olaraq Azərbaycanın dövlət bayraqları endiriləcək.

Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Bakı şəhərinə daxil olaraq, dinc əhalini vəhşicəsinə gülləbaran edib. Hadisə nəticəsində 150 nəfər şəhid olub, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib.

29 mart 1994-cü ildə Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Milli Məclisi 20 Yanvar faciəsi ilə bağlı xüsusi qərar qəbul edib.

Artıq iki ildir ki, Azərbaycan xalqı Qanlı Yanvarın şəhidlərinin ruhunu qalib xalq kimi anır.

Sfera.az AzərTac-a istinadən Bakı qırğınından fotoları təqdim edir:




OXŞAR XƏBƏRLƏR

Ukrayna “Oreşnik”in qalıqlarını nümayiş etdirdi - FOTOLAR

Ukrayna ordusu cümə axşamı Rusiyanın Dnepr şəhərinə atdığı yeni, eksperimental ortamənzilli hipersəs raketinin qalıqlarını nümayiş etdirib.  Sfera.az ...

“Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Qanuna Əlavə təsdiqləndi

Azərbaycan Prezidenti İlham Əliyev “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa Əlavə – “Azərba...

Azərbaycanda 12 yaşlı qızı zorla ərə verdilər - DETALLAR

Azərbaycanda 12 yaşlı qız məcburi ərə verilib.   Sfera.az bildirir ki, bu barədə Qadın və Uşaq Sığınacağı məlumat yayıb. Sözügedən azyaşlının hekayəs...

Prezident bələdiyyələrin birləşməsi haqqında qanunu TƏSDİQLƏDİ

Azərbaycan Prezidenti İlham Əliyev bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında qanunu təsdiq edib.   Sfera.az-ın məlu...

Ölkədən 17 milyonluq qiymətli metal çıxaran vəzifəli şəxslərdən XƏBƏR VAR

Aralarından vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin qaçaqmalçılıq və digər ağır cinayətləri ilə bağlı cinayət işi məhkəməyə göndərilib.   Bu...

Azərbaycanlı aktrisaya Türkiyədən DƏVƏT: Bu tamaşada rol alacaq - FOTO

Aktrisa-aparıcı Turanə Hüseynli “Gergedan Yapım” şirkətinin dəvəti ilə Türkiyədə fəaliyyət göstərəcək.   Sfera.az bildirir ki, o, daha ön...